Icma.az
close
up
RU
Qarabağdan Vaşinqtona: 2 il ərzində nə dəyişdi? KONKRET

Qarabağdan Vaşinqtona: 2 il ərzində nə dəyişdi? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.

Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin təmin olunması regionda yeni siyasi reallıqların formalaşmasına səbəb oldu. Bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyi daha konkret müstəviyə keçdi.

Bəs antiterror əməliyyatı sülh prosesinin gedişinə necə təsir göstərdi və 2025-ci il avqustun 8-də Vaşinqtonda atılan addımın əsasını məhz həmin hadisələr təşkil etdimi?

Mövzu ilə bağlı politoloq Aydın Tağıyev KONKRET.az-a açıqlamasında bildirib ki, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olub.

Politoloqun sözlərinə görə, əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edilib və Azərbaycanın suverenliyi bütün ərazilərində təmin olunub:

“Əslində bu hadisə Azərbaycanın hərbi gücünü diplomatik üstünlüyə çevirməsinin parlaq nümunəsi idi. Əməliyyatla birlikdə Ermənistanın hərbi-siyasi manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Azərbaycan isə regionda əsas söz sahibi mövqeyini möhkəmləndirdi. Antiterror əməliyyatı Cənubi Qafqazda mövcud güc balansına da təsirsiz ötüşmədi. Hadisələrdən sonra regionda yeni siyasi reallıqlar formalaşıb və tərəflərin danışıqlardakı mövqelərində ciddi dəyişiklik yaranıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması sülh danışıqlarının real müstəviyə keçməsi üçün mühüm zəmin yaradıb. Ərazi bütövlüyünün tam təmin olunması sülh danışıqlarının real formada başlanması üçün legitim əsasa çevrildi. Münaqişənin köklü həlli yalnız güc balansının dəyişməsi ilə mümkün idi”.

Politoloqun sözlərinə görə, bundan sonra Azərbaycanın danışıqlar masasında mövqeyi daha da güclənib və sülh prosesinin beynəlxalq müstəvidə irəliləməsi üçün yeni imkanlar yaranıb:

“2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma da bu prosesin mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə keçirilən görüşdə sülh sənədinin paraflanması Azərbaycan-Ermənistan münasibətlərinin hüquqi çərçivəyə salınması istiqamətində mühüm addım olub. Bu görüş Qərbin Cənubi Qafqazda təsirini artırdı və sülh prosesini beynəlxalq müstəvidə möhkəmləndirdi”.

Politoloq hesab edir ki, 2023-cü ilin sentyabrında baş verən hadisələrlə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşma arasında siyasi baxımdan əlaqə var. Onun fikrincə, Azərbaycanın hərbi üstünlüyünün sonrakı mərhələdə diplomatik nəticələrə çevrilməsi sülh prosesinin istiqamətinə ciddi təsir göstərib.

“2023-cü il sentyabrın 19-da keçirilən əməliyyat Azərbaycanın hərbi qələbəsini diplomatik üstünlüyə çevirdi. Əgər bu əməliyyat həyata keçirilməsəydi, Ermənistan sülh danışıqlarına real şəkildə oturmazdı. Vaşinqtonda paraflanan müqavilə isə göstərdi ki, yalnız güc və diplomatiyanın sintezi bölgədə praktiki sülh mərhələsinə yol açır. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazidə təmin olunması regiondakı siyasi proseslərin istiqamətini dəyişdirən əsas hadisələrdən biri olub. Sonrakı dövrdə diplomatik müstəvidə aparılan danışıqlar və 2025-ci il avqustun 8-də Vaşinqtonda atılan addımlar isə Azərbaycan-Ermənistan münasibətlərində münaqişədən sonrakı mərhələnin formalaşdığını göstərib”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Sentyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri