Icma.az
close
up
RU
“Qarabağ”ı PSJ dən nə ayırır? ARAŞDIRMA

“Qarabağ”ı PSJ dən nə ayırır? ARAŞDIRMA

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Bir neçə gün əvvəl İFFHS “Böyük beşlik” liqalarının səfərdəki ən uzun məğlubiyyətsizlik seriyalarını (https://www.idman.biz/az/news/football/76318) açıqlayıb. Siyahıda ən azı ardıcıl 25 matçda rəqib meydanında xal qazanan Avropa nəhəngləri yer alıblar.

İdman.biz Azərbaycan çempionatlarının tarixinə baxış keçirib və analoji baxımdan fərqlənənləri müəyyənləşdirib.

PSJ-nin 39 oyunla başçılıq etdiyi İFFHS-in cədvəlində minimum 25 matçlıq seriyalar var ki, Azərbaycanda bunu bacaran olmayıb. Yəni, ölkəmiz “Böyük beşlik”də olsaydı və ya İFFHS 5 liqa deyil, bütün Avropanı əhatə edən siyahı açıqlasaydı, klublarımız ora düşməyəcəkdi. Bəs bizim rekordçular kimdir?

“Qarabağ”dan mütləq rekord

Azərbaycan rekordu bir müddət əvvəl rəsmiləşib. 2023-cü ilin aprelində “Qarabağ”ın rəqib meydanlarındakı hegemonluğu sona çatıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 24 səfərdə xal qazanıblar. Bu müddətdə 20 qələbə qazanan komanda 4 heç-heçə edib. Təxminən 18 ay sürən seriya “Səbail”ə məğlubiyyətdən sonra başlayıb və “Sabah”a uduzanadək sürüb. Bu seriyanı PSJ-nin “Böyük beşlik” rekordundan 15 görüş ayırır.

25.10.2021

Səbail - Qarabağ

3:1

07.11.2021

Sumqayıt - Qarabağ

0:4

29.11.2021

Qəbələ - Qarabağ

0:0

07.02.2022

Neftçi - Qarabağ

1:2

28.02.2022

Keşlə - Qarabağ

0:0

12.03.2022

Sabah - Qarabağ

0:1

19.03.2022

Zirə - Qarabağ

0:3

10.04.2022

Sumqayıt - Qarabağ

0:3

24.04.2022

Qəbələ - Qarabağ

0:2

15.05.2022

Səbail - Qarabağ

0:3

13.08.2022

Sumqayıt - Qarabağ

0:2

01.09.2022

Kəpəz - Qarabağ

0:1

18.09.2022

Zirə - Qarabağ

1:7

09.10.2022

Qəbələ - Qarabağ

0:1

30.10.2022

Şamaxı - Qarabağ

0:4

09.11.2022

Turan Tovuz - Qarabağ

0:2

13.11.2022

Sabah - Qarabağ

0:0

02.12.2022

Neftçi - Qarabağ

0:4

24.12.2022

Səbail - Qarabağ

0:3

25.01.2023

Turan Tovuz - Qarabağ

2:3

04.02.2023

Kəpəz - Qarabağ

1:1

19.02.2023

Zirə - Qarabağ

0:1

05.03.2023

Qəbələ - Qarabağ

1:3

15.03.2023

Sumqayıt - Qarabağ

0:6

02.04.2023

Şamaxı - Qarabağ

0:1

16.04.2023

Sabah - Qarabağ

2:1

21 ildən çox duruş gətirən “Şəmkir”

“Qarabağ”ın 2 il əvvəl yenilədiyi rekorda qədər ən yaxşı göstərici “Şəmkir”ə məxsus idi. Qərblilər əsrlərin qovşağında 1999-2001-ci illərdə meydan sahiblərinə qələbə sevinci bəxş etməyib. Şəmkirlilər ardıcıl 23 belə matç keçiriblər. Qərb təmsilçisi 15 dəfə səfərdən qalib ayrılıbsa, 8 dəfə uduzub. “Qarabağ”a məğlubiyyətdən sonra başlayan həmin seriyanı 21 ildən artıq vaxt keçdikdən sonra məhz Ağdam təmsilçisi geridə qoyub.

22.05.1999

Qarabağ - Şəmkir

1:0

07.11.1999

Kəpəz - Şəmkir

0:0

21.11.1999

Qarabağ - Şəmkir

1:5

05.12.1999

Neftçi - Şəmkir

0:0

26.02.2000

ANS Pivani - Şəmkir

0:3

11.03.2000

OİK - Şəmkir

0:3

19.03.2000

Dinamo - Şəmkir

0:2

01.04.2000

Xəzər Universiteti - Şəmkir

0:2

15.04.2000

Şəfa - Şəmkir

0:2

29.04.2000

Viləş - Şəmkir

1:3

07.05.2000

Kimyaçı S - Şəmkir

0:0

14.05.2000

Turan - Şəmkir

3:3

13.08.2000

Şəfa - Şəmkir

1:4

10.09.2000

Xəzər Universiteti - Şəmkir

2:2

14.10.2000

Dinamo-Bakılı - Şəmkir

1:4

28.10.2000

Neftçi - Şəmkir

1:1

12.11.2000

Araz-Naxçıvan - Şəmkir

1:5

04.03.2001

Viləş - Şəmkir

1:1

12.03.2001

Kəpəz - Şəmkir

0:3

06.04.2001

Qarabağ - Şəmkir

0:1

29.04.2001

Turan - Şəmkir

1:2

26.08.2001

Kəpəz - Şəmkir

2:3

17.09.2001

Neftçi - Şəmkir

0:1

29.09.2001

Ümid - Şəmkir

1:1

22.10.2001

Şəfa - Şəmkir

3:2

Tovuzdan Tovuza qədər

Tarixin 3-cü ən uzun səfər məğlubiyyətsizliyi “Kəpəz”ə məxsusdur. Gəncə klubu uzaq 1993-95-ci illərdə ardıcıl 18 dəfə rəqib meydanında xal qazanıb. Bu seriya "Turan"a məğlubiyyətdən sonra başlayıb, elə Tovuz təmsilçisinə yenilgi ilə də başa çatıb. Həmin dövrdə 10 qələbə qazanan “Kəpəz” 8 heç-heçə edib.

21.10.1993

Turan - Kəpəz

3:1

06.11.1993

Şahdağ - Kəpəz

1:2

20.11.1993

Azəri - Kəpəz

1:1

04.12.1993

Pambıqçı B - Kəpəz

1:3

12.12.1993

Viləş - Kəpəz

0:0

27.02.1994

Kürmük - Kəpəz

0:4

13.03.1994

Xəzri-Eltac - Kəpəz

1:1

03.04.1994

Xəzər S - Kəpəz

1:1

09.04.1994

Avtomobilçi - Kəpəz

0:4

29.04.1994

Xəzər L - Kəpəz

1:1

05.05.1994

İnşaatçı B - Kəpəz

1:2

28.08.1994

Xəzri - Kəpəz

1:1

18.09.1994

Bakı fəhləsi - Kəpəz

1:1

30.10.1994

İnşaatçı B - Kəpəz

0:1

20.11.1994

Xəzər S - Kəpəz

0:3

23.11.1994

Neftçi - Kəpəz

0:0

05.03.1995

Kür-Nur - Kəpəz

2:4

08.04.1995

Qarabağ - Kəpəz

0:2

18.04.1995

Pambıqçı N - Kəpəz

0:2

07.05.1995

Turan - Kəpəz

1:0

“Qarabağ”dan het-trik

Ən uzun 5 seriyadan üçü “Qarabağ”ın hesabındadır. 24 matçlıq seriyanın sahibi olan Ağdam klubu 2019-21-ci illərdə ardıcıl 17 səfərdə xal qazanıb. “Sumqayıt”a məğlubiyyətdən sonra 9 qələbə və 8 heç-heçəsi olan Qurban Qurbanovun komandasının seriyası “Neftçi”yə uduzanda qırılıb.

22.11.2019

Sumqayıt - Qarabağ

2:1

02.12.2019

Sabah - Qarabağ

0:1

02.02.2020

Səbail - Qarabağ

0:1

15.02.2020

Zirə - Qarabağ

0:6

08.03.2020

Keşlə - Qarabağ

0:2

11.09.2020

Keşlə - Qarabağ

0:0

25.09.2020

Sumqayıt - Qarabağ

2:2

25.10.2020

Zirə - Qarabağ

0:0

08.11.2020

Neftçi - Qarabağ

0:6

29.11.2020

Səbail - Qarabağ

1:1

20.12.2020

Qəbələ - Qarabağ

1:1

21.01.2021

Sabah - Qarabağ

1:2

19.02.2021

Sumqayıt - Qarabağ

0:0

09.03.2021

Zirə - Qarabağ

0:2

04.04.2021

Keşlə - Qarabağ

1:1

16.04.2021

Səbail - Qarabağ

1:1

25.04.2021

Qəbələ - Qarabağ

0:5

09.05.2021

Sabah - Qarabağ

0:4

19.05.2021

Neftçi - Qarabağ

1:0

Yenə “Neftçi” və “Sumqayıt”

“Top-5”də sonuncu seriya da “Qarabağ”a məxsusdur. 16 matçlıq məğlubiyyətsizlik də “Neftçi” və “Sumqayıt”la bağlıdır. Bakılılara uduzduqdan sonra başlayan seriya sumqayıtlılarla görüşdə bitib. 2018-19-cu illərdə Ağdam klubu 12 qələbə qazanıb və 4 bərabərliyə imza atıb.

28.10.2018

Neftçi - Qarabağ

3:1

31.10.2018

Keşlə - Qarabağ

1:1

11.11.2018

Qəbələ - Qarabağ

1:3

09.12.2018

Zirə - Qarabağ

0:6

09.02.2019

Sumqayıt - Qarabağ

0:2

23.02.2019

Sabah - Qarabağ

1:1

03.03.2019

Keşlə - Qarabağ

0:1

15.03.2019

Səbail - Qarabağ

1:2

01.04.2019

Sumqayıt - Qarabağ

0:6

07.04.2019

Qəbələ - Qarabağ

1:2

27.04.2019

Zirə - Qarabağ

0:3

11.05.2019

Neftçi - Qarabağ

2:3

16.08.2019

Keşlə - Qarabağ

0:1

01.09.2019

Səbail - Qarabağ

0:4

23.09.2019

Zirə - Qarabağ

1:3

19.10.2019

Qəbələ - Qarabağ

1:1

01.11.2019

Neftçi - Qarabağ

0:0

22.11.2019

Sumqayıt - Qarabağ

2:1

Qeyd edək ki, cari mövsümdə ən az səfər məğlubiyyəti alan komanda da “Qarabağ”dır. Yeganə məğlubiyyətini “Zirə”dən alan (2:3) Qurbanovun yetirmələrinin 11 matçlıq seriyası həmin görüşdə qırılıb.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri