Icma.az
close
up
RU
“Qarabağ”ı təbrik etsəydim, məni qınayacaqdılar”

“Qarabağ”ı təbrik etsəydim, məni qınayacaqdılar”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 3-cü turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

 - Komandanız niyə qol vura bilmir? 

- Fürsətlər var idi. Son oyunlarda bəxtimiz gətirmir. Son iki oyuna baxsaq, bu gün fərqli “Neftçi”ni gördük. Çox dinamik və ritmli komanda var idi. İlk saniyələrdən görünürdü ki, oyunçular qələbə qazanmaq üçün çıxıblar. Qol buraxandan sonra da sona kimi təzyiq etdik. Futbolçular qol vurmağa meyilli idilər. İkinci hissədə “qırmızı” aldıqdan sonra planlar pozuldu. Amma burada da müdafiəçilərimiz çox soyuqqanlı iş gördülər. Deyə bilərik ki, qapımızda epizod görmədən uduzduq. Futbolçulara meydandakı istəyə və sürətə görə minnətdaram. Tələskənlikdən irəli gələn səhvlər oldu. Amma bu gün gördüm ki, yaxşı işlər görməyə qadirik. 

- Erkən qol planlarınızı nə qədər pozdu? Qapıçını səhvə görə hansısa cəza gözləyir? 

- Demək olar ki, ümumən rəqibə çox fürsət vermirdik. Reallıqdır ki, qapıçının səhvi oldu. Amma buna görə onu silməyəcəyik. Digər oyunçuların da səhvləri olur. İnanıram ki, Kenan digər çempionatlarda göstərdiyi kimi, bizdə də yaxşı çıxış edəcək. Bu gün onu cəzalandırmaq mövzusu yoxdur. 

- Kenan Piriç “Şamaxı” ilə oyunda da səhv buraxmışdı. Düşünmürsünüz ki, gələcəkdə problemlər yaradacaq? 

- Bunu düşünmürük. Hansısa oyunçunun üzərində durmaq istəmirəm. Hamının səhvi ola bilər. Günahı onun üzərinə atmaq komanda işi deyil. Biz onu qorumalıyıq. Bu gün Türkiyə Superliqasından oyunçu gətirmək asan deyil. Amma bunu bacardıq. Orada buraxdıqları qolların səbəbi ümumi komandanın çıxışı da ola bilər.

- Hazırda nəyi daha çox istəyirsiniz: baxımlı oyunu görmək, yoxsa yaxşı nəticəni? 

- Bugünkü oyun bizim üçün siqnal və ümiddir, bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskiklik var.  Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram. 

- “Qırmızı” epizodunu və Sambunun epizodlarını nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?

- Onun hansı səviyyədə hakim olması hamıya bəllidir. Bu gün oyunda hakimlərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya edirlər. Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəqəyə gəldikdə, rəqib provokasiya etdi, amma Ribeyronun ixtiyarı yoxdur ki, provokasiyaya cavab versin. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir. 

- “Neftçi” xallar itirməyə davam edir. Qorxmursunuz ki, bu, istefanıza səbəb ola bilər?

- Ola bilər. Futboldur.

- “Qarabağ”ı təbrik etməməkdə sizi qınayırlar... Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy “Qarabağ”ı təbrik etməyib...

- Təbrik etsəm, “Qarabağ”ın rəqibi kimi digər azarkeşlər də qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə... Bütün məşqçilər təbrik edib? Klublar yox, məşqçiyə sual verirsinizsə, bütün məşqçilərdən danışın. Təbrik edən məşqçilərin qrupunda mən yoxam, onlardan xəbərim yoxdur. Mən “Qarabağ”ı təbrik edirəm. 

- “Turan Tovuz” əvvəlki rəqiblərə nisbətən hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir, ya da futbolçuların səviyyəsi o deyil ki, qələbə qazana bilmirsiniz?

- Məşqçi taktikası ilə bağlı cavab vermirəm. Şəxsi fikirdir. Hörmətlə yanaşıram. İkinci məsələni qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda cavab verim. İmkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi. 

- Niyə komanda asmalar etmir? “İmişli” ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiniz...

- Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alırıq ki, “Turan Tovuz”un üç o boyda müdafiəçisi var, başla oynayırlar. Rəqibdə 1.50-lik müdafiəçilər də olsa, bizim oyun üslubumuz tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsənsə, oyunda başqa şey tələb etmək futbolçunu da yolundan çıxarır. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri