Icma.az
close
up
RU
“Qarabağ”ın 12 ci startı: “Şelburn” səfərində sürprizə yer yoxdu!

“Qarabağ”ın 12 ci startı: “Şelburn” səfərində sürprizə yer yoxdu!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” ölkəmizi tarixində 12-ci dəfə Çempionlar Liqasında təmsil edəcək.

Böyük ölçüdə olmasa da, yenilənmiş heyət yeni mövsümdə də dəyişməz hədəf uğrunda mübarizə aparacaq. Bəli, bu dəfə də məqsəd turnirin əsas mərhələsinə vəsiqə qazanmaqdı. Ağdam təmsilçisi buna tarixində cəmi bir dəfə - 2017/18 “futbol ili”ndə nail olub. İndi yenidən tarix yazmaq vaxtıdı! Ötən mövsüm Avropa Liqasında qeydə alınan məlum uğursuz nəticələri unutdurmaq, azarkeşlərin könlünü almaq, bükülən beli dirçəltmək, əyilən başı qaldırmaq vaxtıdı! İndi yenidən rəqiblərin qəlbinə “Qarabağ” xofunu yeritmək vaxtıdı!
Və bu yolda ilk maneə İrlandiya çempionu olan, birinci təsnifat mərhələsində Şimali İrlandiya klubu “Linfild”i mübarizədən kənarlaşdıran (1:0, 1:1) “Şelburn”du.
Əlbəttə, addım-addım uğura irəliləyəcəyinə ümid etdiyimiz “köhlən atlar”ı səfər oyunlarında ekran başından, ev matçlarında tribunalardan dəstəkləmək vacibdi. Sözügedən görüş üçün vəzifəmiz isə sabah axşam 22.45-də kanalı “CBC Sport”a çevirmək olacaq.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
Şelburn (İrlandiya) – Qarabağ

Hakimlər: ANTE ÇULİNA, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (hamısı Xorvatiya).
VAR hakimi: Mario Zebec (Xorvatiya).
VAR hakiminin köməkçisi: Tixomir Pejin (Xorvatiya).
23 iyul. Dublin. “Tolka Park”. Saat 22.45.
Sizi “Şelburn” haqda vacib məlumatlarla tanış etmişik. İrlandiya təmsilçisi nəinki avrokuboklarda, ölkə daxilində belə “dişə vurulası” uğurla yadda qalmayıb. Odu ki, “Qarabağ”ın məlum təcrübəsinə və gücünə inana, səfərdən qələbə ilə qayıdacağına şübhə etməyə bilərik. Axı Ağdam təmsilçisi Avropa meydanlarında qazandığı təcrübə və yüksək nəticələrlə mötəbər turnirin sayılan-seçilən komandalarından birinə çevrilib və xüsusilə “Şelburn” kimi rəqiblərə yerini göstərmək “Qarabağ” üçün su içmək qədər asandı.
Təbii ki, məqsədimiz nə rəqibə yuxarıdan aşağı baxmaqdı, nə də “Qarabağ”ın düşərgəsini arxayınlaşdırmaq. Hər halda, futbol belə şıltaqlıqları sevmir, hətta yeri gələndə cəzalandırır. Odu ki, ehtiyatı əldən vermək olmaz. Sadəcə, bu gün “Şelburn” azarkeşləri də “köhlən atlar”ın gücündən xəbərdardı və növbəti mərhələ üçün şanslarının az olduğunu dərk edir. Bunu tərəfdarların klubun rəsmi sosial şəbəkə hesablarının rəy bölümünə yazdığı fikirlərdən də anlamaq mümkündü. İrlandiyalı futbolsevərlər “Şelburn”u qələbəyə, onların dili ilə desək, imkansızı bacarmağa çağırır. Ümumiyyətlə, bu gün onların kollektiv ətrafında sıx birləşdiyini deyə bilərik. Əks halda, oyun üçün satışa çıxarılan biletlərin hamısı satılmazdı.
Komandaların heyətiylə bağlı müəyyən narahatlıq var. “Qarabağ”dan Aleksey İsayev hələ ötən ay əməliyyat olunduğundan, bu üzdən azı üç ay yaşıl meydanlardan uzaq qalacağından adı UEFA-ya göndərilən iştirak ərizəsində yer almayıb. Bir də Marko Yankoviç Bakıdakı son məşqdə zədələnib, ilk oyunu buraxacağı dəqiqdi.
“Şelburn”da isə Sean Qannon vərəqə cəzalısıdı. Sağ cinah müdafiəçisi 1-ci təsnifat mərhələsinin cavab matçında forma geysə də, komandanın aparıcı oyunçularından deyil. Həmçinin “Şelburn” ötən həftə “Arsenal”dan Cek Henri Frensisi transfer edib. Sonuncu dəfə İrlandiyada “Slayqo” klubunda icarə əsasında oynayan 21 yaşlı yarımmüdafiəçi İngiltərədə “Fulhem”in də şərəfini qoruyub. Baş məşqçi Cozef Obrayanın ona “Qarabağ”la matçlarda şans verib-verməyəcəyi bəlli deyil. Hər halda, klub hələ Frensinin adını iştirak ərizəsinə daxil etməyib.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin qəzetimizə verdiyi məlumata görə, “Qarabağ”ı stadiondan 100-ə yaxın azərbaycanlının dəstəkləyəcəyi gözlənilir.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyul 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri