“Qarabağ”ın 4 oyun ardıcıl məğlub olması, rotasiyalarla bağlıdır”
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasında XXI tur maraqlı nəticlərlə yadda qaldı.
Autsayderlərdən sayılan “Kəpəz”in “Sabah”ı (3:2) məğlub etməsi, “Səbail”in “Turan Tovuz”la (1:1) bərabərə qalması, həmçinin “Zirə”nin ölkı futbolunun flaqmanı sayılan “Qarabağ”dan (3:2) üstün olması çempionatın daha da gərginləşdiyini göstərir.
Təcrübəli mütəxəssis Yaşar Vahabzadə “FutbolPress”ə açıqlama verərək, Premyer Liqanın hazırki durumunu qiymətləndirdi:
“Sona yaxınlaşdıqca, çempionat daha gərgin keçir. Nə “Səbail”, nə də “Kəpəz” asan məğlub ediləcək komanda olmadıqlarını göstərdilər. İndi demək olmaz ki, hansı komanda elitanı tərk edə bilər. Bəlkə də digər komandalar bu ikisinin autsayder olduğuna görə rahat qələbə qazanacaqlarını düşünürdü. Amma yanılırlar. “Qarabağ”a gəlincə, avrokuboklar da daxil ardıcıl 4 oyun məğlub olması, rotasiyalarla bağlıdır. Futbolçular hələ də onlara göstərilən etimadı doğrulda bilmirlər. Həmçinin hesab edirəm ki, psixoloji baxımdan komandada stabillik yoxdur. Ancaq inanıram ki, müəyyən müddətdən sonra komanda toparlanacaq. Hansısa oyunlarda məğlub olmasına baxmayaraq, hələ də “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdur. Ola bilsin ki, ardıcıl məğkubiyyətlər komandaya təsir edir. Bu da müəyyən vaxtdan sonra keçib gedəcək”.
Mirkamal Kazım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Fevral 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















