“Qarabağ”ın 6 xal yığması məni təəccübləndirmir” “Atletik”in futbolçusu
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Atletik”in yarımmüdafiəçisi Mikel Xaureqisar (Mikel Jauregizar) “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü turunun oyunu barədə fikirlərini bildirib.
QOL.az-ın İspaniyanın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, 21 yaşlı futbolçu oktyabrın 22-də “San Mames” stadionunda təşkil olunacaq matç haqda danışarkən Ağdam klubu barədə müsbət fikirlər səsləndirib.
O, bu qarşılaşmanı “final olmasa da, çox vacib” adlandırıb.
“Komandamızı istəkli və motivasiyalı görürəm. Artıq Çempionlar Liqasında üç xal qazanmağın vaxtıdır. ‘Qarabağ’ hazırda çox yaxşı formadadır, bu, çətin olacaq,” – deyə o qeyd edib.
O, Azərbaycan təmsilçisinin altı xalla liderlər qrupunda olmasının onu təəccübləndirmədiyini də vurğulayıb:
“Bu, məni təəccübləndirmir. Çempionlar Liqasına heç bir komanda təsadüfən düşməyib. Onların yaxşı oyunçuları var və 2 oyundsn altı mümkün xalı qazanıblar. Biz öz azarkeşlərimizin qarşısında oynayacağıq. Çətin matç olacağını gözləyirəm, amma oyuna nəzarəti ələ alıb üç xal qazana bilərik”.


