“Qarabağın azad edilməsi regionda yeni səhifə açıb” Ərdoğan
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.
Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir.
“Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, - o vurğulayıb.
Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















