“Qarabağ”ın Bakıdakı oyununa nə qədər bilet satılıb?
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la İrlandiyanın “Şelburn” (Shelbourne) komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.
Ağdam klubunun mətbuat xidmətindən QOL.az saytına bildirilib ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 11 min bilet satılıb.
Oyun gününə qədər bu sayın daha da artacağı gözlənilir.
Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla saat 20:00-da başlanacaq.
Baxış sayı:121
Bu xəbər 26 İyul 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















