Icma.az
close
up
RU
Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən “Yaylaq” düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü günündə gənc fəallarla “Şəhərsalma mədəniyyəti: ənənə və müasirliyin sintezi” mövzusunda görüş keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov şəhərlərin xalqın tarixini, mədəniyyətini, həyat tərzini və gələcəyə baxışını əks etdirən canlı məkanlar olduğunu vurğulayıb, şəhərsalma mədəniyyətində ənənə ilə müasirliyin uzlaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd olunub ki, Azərbaycan son illərdə bu istiqamətdə özünəməxsus şəhərsalma yanaşması formalaşdırıb. Bu yanaşmanın əsas xüsusiyyəti müasir texnologiyaların tətbiqi ilə milli memarlıq irsinin qorunmasının vəhdət təşkil etməsidir. Şəhərlərin inkişafında yalnız estetik görünüş deyil, insanların rahatlığı, ekoloji tarazlıq, sosial inteqrasiya və mədəni irsin yaşadılması da əsas prinsiplər kimi qəbul edilir. Həmçinin vurğulanıb ki, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq ictimaiyyətlə paylaşılması baxımından mühüm platforma rolunu oynayıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin müasir şəhərsalma standartlarının uğurlu nümunəsi olduğu müzakirələr zamanı diqqətə çatdırılıb. Qeyd edilib ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları milli memarlıq elementləri ilə birləşdirilərək gələcəyin yaşayış məkanlarının formalaşdırılmasına xidmət edir.

Çıxışlarda gənclərin bu prosesdə mühüm rol oynadığı vurğulanaraq, onların həm milli irsin qorunmasına, həm də innovativ ideyaların tətbiqinə töhfə vermələrinin vacibliyi qeyd edilib.

Müzakirə zamanı gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək fəal müzakirələr aparıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.

Sonra iştirakçıların Göygöl Milli Parkına ekskursiyası təşkil olunub.

Həmin gün layihə iştirakçıları arasında tir atıcılığı üzrə idman yarışı və “Zamanın izində: tarix və inkişaf” mövzusunda Breyn-rinq formatında intellektual oyun da keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri