Icma.az
close
up
RU
“Qarabağ”ın Bilbao sınağı: Yalnız bu şərtlə qalib gələ bilərik Açıqlama

“Qarabağ”ın Bilbao sınağı: Yalnız bu şərtlə qalib gələ bilərik Açıqlama

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 22-də İspaniyada "Estadio de San Mames" stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur mərhələsində "Atletik Bilbao"-"Qarabağ" komandalarının qarşılaşması keçiriləcək. Bu "Qarabağ" futbol klubunun artıq 2-ci səfər oyunu olacaq.

Bu oyundan gözləntilər nələrdir? "Qarabağ" futbol komandasının yarımmüdafiəçisi Marko Yankoviç oyunda iştirak edəcəkmi?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən idman eksperti Kənan Məstəliyev qeyd edib ki, "Qarabağ" futbol klubunun oktyabrın 22-də keçirəcəyi oyun çox çətin olacaq: 

"İspaniyanın "Atletik Bilbao" futbol klubu nəinki Avropanın, ümumilikdə dünyanın tanınmış futbol komandalarından biridir və özünəməxsus adət-ənənələri var. Rəqibin heyətində yetərincə tanınmış və bahalı oyunçular var. Komandada olan Vilyams qardaşları olduqca təhlükəli oyunçulardır. Həmçinin digər oyunçular da riskli oyunçular sayılır. "Atletik Bilbao" öz stadionunda - "Estadio de San Mames"də iddialı və intensiv oyun oynayan komandadır, bir sözlə "Qarabağ"ın işi heç asan olmayacaq". 

Onun sözlərinə görə, rəqib komandanın hazırda xala ehtiyacı var:

""Qarabağ" iki oyundan 6 xal qazandığı halda, "Atletik Bilbao" iki oyundan heç bir xal qazanmayıb. Əgər rəqib bu oyunda da xal qazanmaq şansını itirsə, Çempionlar Liqasının nəinki 8/1 finalına, hətta “play-off” mərhələsinə düşmək şansının üstündən xətt çəkiləcək. Həmçinin rəqib komandanın qarşıdakı matçları çətin olduğu üçün "Qarabağ"la olan oyuna dönüş nöqtəsi kimi baxırlar. Bunlara baxmayaraq "Qarabağ" rəqiblərinə gücünü tam göstərib, artıq kiçik bir komanda deyil. "Atletik Bilbao"nun oyun tərzi "Qarabağ" futbol komandasının oyun tərzinə tam uyğundur. Azərbaycanın "köhlən atları" oyunun ilk 15-20 dəqiqəsində rəqibə pressinq edib və müdafiədəki boşluqdan istifadə edərək qol vursa, şansımız ola bilər. Burada hər şey heyətin gücündən və dözümlülüyündən asılı olacaq". 

Ekspert səfər oyununda Yankoviçin olub-olmayacağına dair fikirlərini də bildirib:

"Ötən həftə "Turan-Tovuz"la oyundan sonra Qurban Qurbanova Yankoviçin ilk 11-likdə ola biləcəyi  ilə bağlı sual vermişdim. Qurban Qurbanov isə sualı təkzib etməmişdi, onun dediyinə görə, hələ vaxt var və Yankoviçi oyunda oynaya bilər. Fikrimcə, Marko Yankoviçin oynaması ilə komanda bütün gücünü göstərərək çətin səfərdən hətta 3 xalla dönə bilər. Düzdür, "Atletik Bilbao" güclü oyunçuları olan komandadır, lakin hal-hazırda onlar öz formasında deyillər. Çoxlu zədəli oyunçuları var, xal qazana bilmirlər, məğlubiyyətləri ard-arda sıralayıblar və oyunçular, əsasən Vilyams qardaşları öz formalarında deyillər. Bir sözlə "Atletik Bilbao"-"Qarabağ" oyunu çox çətin keçəcək”. 

Xatırladaq ki, oktyabrın 1-də "Qarabağ" futbol klubu Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi “Kopenhagen” klubunu qəbul edib. Oyun 28-ci dəqiqədə Abdullah Zubir, 83-cü dəqiqədə Emmanuel Addainin fərqlənməsi ilə 2:0 hesablı "Köhlən Atlar"ın qələbəsi ilə başa çatıb. 

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri