Icma.az
close
up
RU
“Qarabağ”ın bu gün oynayacağı stadion onun adını daşıyır 26 yaşında həlak olub

“Qarabağ”ın bu gün oynayacağı stadion onun adını daşıyır 26 yaşında həlak olub

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları başlayır. Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq. Oyun Skopyedə Toşe Proeskinin (Toše Proeski) adını daşıyan 33 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Bəs, Toşe Proeski kimdir?

QOL.az xəbər verir ki, Proeski Şimali Makedoniyanın məşhur müğənnilərindən olub və cəmi 26 yaşında avtomobil qəzasında həyatını itirib. 

Proeski güclü vokalı və emosional ifası ilə Balkanlarda milyonların qəlbini fəth etmişdi. O, musiqini birləşdirici güc kimi təqdim edirdi: etnik, dini, milli fərqlərə baxmadan hər kəsi birləşdirən səs idi. Elə bu səbəbdən çox gənc yaşda UNESCO tərəfindən “Sülh səfiri” elan olunmuşdu. O, 2004-cü ildə Makedoniyanı “Life” mahnısı ilə “Eurovision” yarışmasında təmsil etmiş və ifası ilə geniş rəğbət qazanmışdı.

Proeski 2007-ci ildə Serbiyada səhər tezdən baş vermiş avtoqəza nəticəsində vəfat edib. Makedoniya hökuməti onun ölüm günü ilə ələqədar matəm elan etmişdi.

Stadion əvvəllər “Filip II Milli Arena” adlanırdı (Makedoniyanın tarixi kralı olan II Filippin şərəfinə). 2019-cu ildə Skopye şəhər şurasının qərarı ilə arenaya Toşe Proeskinin adı verilib.

Bu qərar geniş ictimaiyyət tərəfindən sevinclə və hörmətlə qarşılanıb. Məqsəd təkcə bir stadionun adını dəyişmək yox, xalqın sevdiyi bir insanı daimi xatirəyə çevirmək idi.

Qeyd edək ki, Makedoniya milli futbol komandası, eləcə də ölkənin bir neçə klubu beynəlxalq ev oyunlarını burada da keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Avqust 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri