“Qarabağ”ın cavab oyunu: UEFA nın qərarı qüvvədədir?
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin SSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Biletləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 manat təşkil edir. pizza
Sofiyadakı "Vasil Levski" arenasında "Qarabağ" azarkeşləri üçün 800 yer ayrılıb.
Komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, SSKA-nın “Qarabağ”la səfər matçına bilet satışı dayandırılmışdı.
UEFA Bolqarıstanın SSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb.
Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı SSKA azarkeşləri ilə rəqib fanatlar arasında dava yaranıb.
İntizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna SSKA azarkeşləri üçün bilet satılmaması tövsiyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 İyul 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















