“Qarabağ”ın cavab oyununun da hakimləri açıqlanıb Konfrans Liqası
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) klubuna qarşı keçirəcəyi cavab oyununa da hakim təyinatları açıqlanıb.
525.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək.
VAR hakimi Piter Benks, onun köməkçisi isə Ceyms Bell olacaq.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə avqustun 6-da Polşanın Lublin şəhərində təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 31 İyul 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















