“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi: hər iki oyunu uduzub
Icma.az, Modern.az saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində uğurla çıxış edən Azərbaycanın “Qarabağ” klubu tarix yazır.
Komandamız iki oyunda iki qələbə qazanmaqla Avropanın nəhəg klubları ilə başabaş gedir: turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Hazırda turnir cədvəlində 6 komandanın 6 xalı var: “Bayer – Münhen” (Almaniya), “Real – Madrid” (İspaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Arsenal” (İngiltərə), “Qarabağ” (Azərbaycan).
Modern.az-ın məlumatına görə, “Qarabağ” klubu növbəti oyununu oktyabrın 22-də səfərdə keçirəcək. Belə ki, komandamız İspaniyanın əyalət klubunun “Atletik –Bilbao”nun qonağı olacaq.
Qeyd edək ki, “Atletik –Bilbao” klubu hazırda turnir cədvəlində sondan üçüncü – 34-cü yerdə qərarlaşıb. Komanda Çempionlar Liqasında keçirdiyi hər iki oyunda uduzub.
İspanlar evdə “Arsenal”a 0:2, səfərdə isə "Borussiya – Dortmund”a 1:4 hesabı ilə məğlub olublar. Buna da görə, istisna deyil ki, Bilbao şəhərinin klubu “Qarabağ”la oyuna yalnız qələbə üçün çıxacaqlar.
Amma oyundan-oyuna özünəinamı möhkəmlədən Azərbaycan təmsilçisinin də asan təslim olacağı inandırcı deyil. Portuqaliyada “Benfika”nı 3:2, Bakıda isə “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etməyi bacarmış “Qarabağ” niyə İspaniyadan da xalla qayıtmasın... Bu, 3 xal da ola bilər, 1 də...
“Qarabağ” : “Atletik-Bilbao” matçı da Bakı vaxtı ilə 20:45-də başlayacaq.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















