“Qarabağ”ın Dublindən yaxşı nəticə ilə qayıdacağını düşünürəm”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” və “Zirə” bu gün avrokuboklarda mübarizəyə başlayacaq. “Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununda “Şelburn”un (İrlandiya) qonağı olacaq. Matça saat 22:45-də start veriləcək.
Konfrans Liqasında olan “Zirə” isə II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Hayduk”la üz-üzə gələcək. Görüş 19:30-da başlayacaq.
Azərbaycan yığmasının sabiq üzvü Zaur Həşimov “Futbolpress.az“a açıqlamasında oyunlarla bağlı fikirlərini bölüşdü:
“Avrokuboklardakı təmsilçilərimizin rəqiblərinə baxanda ən çətini “Zirə”dədir – “Hayduk”. Favorit də xorvatlar hesab olunur. Buna baxmayaraq, “Zirə” “Hayduk”u keçə bilər. Komanda son mövsümdə stabil çıxış edib. Düşünürəm ki, maraqlı matç olacaq. “Zirə”nin daha çox müdafiədən oynayacağını fikirləşirəm. Komandanın artıq Avropa təcrübəsi var və meydanda minimal hesablı qələbə bizə səfərdə daha inamlı, motivasiyalı olmağa imkan verəcək, mərhələ keçmək şanslarımızı artıracaq.
“Qarabağ” isə səfərdə oynayacaq. “Şelburn” istəkli, döyüşkən komandadır. Evlərində daha aqressiv futbol göstərirlər. Buna baxmayaraq, “Qarabağ”n Dublindən yaxşı nəticə ilə qayıdacağını düşünürəm”.


