Qarabağın Flamenqoya keçən hücumçusu Braziliyaya yollanıb
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Flamenqo"ya transfer olunan "Qarabağ"ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.
"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" nəşri məlumat yayıb.
28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir. Amma forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.
Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:61
Bu xəbər 13 Yanvar 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















