Qarabağın futbolçusu Albaniya klubunun hədəfində
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qış fasiləsində “Qarabağ”dan ayrılacağı gözlənilən albaniyalı futbolçu Redon Cica ilə maraqlanan klublardan biri bəlli olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun xidmətində Albaniyanın "Partizani" komandası maraqlıdır.
Yeni hücumçu axtarışında olan Tirana təmsilçisi təcrübəli oyunçunu heyətinə cəlb etməyi düşünür.
O, daha əvvəl “Qarabağ”da az oyun şansı qazandığı üçün qışda komandanı tərk edə biləcəyini və bu səbəbdən Albaniya Superliqasına qayıdışının mümkün olacağını bildirmişdi.
Qeyd edək ki, Redon Cica Ağdam təmsilçisinə 2023-cü ilin yanvar ayında Albaniyanın “Tirana” klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















