“Qarabağ”ın futbolçusu: Bayıl uşağıyam Video
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım.
Axar.az xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində “Qarabağ”ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib.
Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumçu həyatından, gələcək hədəflərindən və arzularından söz açıb:
“Bakıda doğulmuşam, Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ, “Barselona”, “Real”da oynayan ilk azərbaycanlı mən olum”.
Ceyms Eziasi atasının da futbolçu olduğunu vurğulayıb:
“Hazırda “Qarabağ”ın U-14 komandasının hücumçusuyam. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, bu da mənə qandan keçib. Özümü futbolsuz təsəvvür etmirəm. Hətta yuxuda da futbol görürəm. Görürəm ki, PSJ-də oynayan ilk azərbaycanlı mənəm. Ən sevdiyim futbolçular isə Kilian Mbappe və Vinisius Juniordur. Həqiqətən də qol vuranda çox sevinirəm. Elə oyunlar olur ki, 2, 4 qol vururam”.
O bildirib ki, “Qarabağ”ın əsas komandasında çıxış etməyi hədəfləyib:
“Qurban Qurbanovu çox bəyənirəm. Mənim üçün o, çox yaxşı baş məşqçidir. Çalışıram ki, daha yaxşı oynayım, “Qarabağ”ın əsas heyətinə düşüm. Qurban Qurbanov mənim məşqçim olsun. Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır”.
Ceyms Eziasi Azərbaycan, rus və ingilis dillərini bildiyini də söyləyib.
Ceyms qeyd edib ki, “Qarabağ”ın U-14 kollektivində komanda yoldaşları ilə isti münasibət saxlayır:
“Komanda yoldaşlarımızla mehribanıq. Bir-birimizi çox istəyirik. Biz mehriban olmasaq, heç bir oyunda qələbə qazana bilmərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Sentyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















