“Qarabağ”ın futbolçusu: “Çempionlar Liqasında olmağa layiqik”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Aleksey İsayev Çempionlar Liqasında bu gün “Ferentsvaroş”a qarşı keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “Championat” nəşrinə müsahibə verən yarımmüdafiəçi bunları deyib:
“Qarabağ”ın qarşısına həmişə Çempionlar Liqasının əsas mərhələsinə düşmək hədəfi qoyulur. Addım-addım buna doğru gedirik. Yaxşı kollektivimiz, komandamız var. Çempionlar Liqasında olmağa layiqik.
Budapeştdəki oyunu Bakıda, evdə izlədim. Qol buraxanda narahatlıq yarandı, amma uşaqlara inanırdım. Hətta demişdim ki, qələbə qazanacağıq. Onlar işlərini əla gördülər. Lakin hələ heç nə bitməyib. Cavab görüşü daha çətin olacaq və buna hazır olmalıyıq.
Gərginlik yoxdur. Bizə inananları məyus etməməliyik, məqsədimizə çatmalıyıq”.
Bu gün keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” oyunu saat 20:45-də başlayacaq. İlk oyunda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Avqust 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















