Qarabağın futbolçusu: Lionla üzüzə gəlmək mənim üçün xüsusidir
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Bu komanda ilə üz-üzə gəlmək mənim üçün xüsusidir.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasında Fransanın "Lion" klubuna qarşı keçirəcəkləri matçla bağlı "Leprogres"ə müsahibəsində deyib.
30 yaşlı yarımmüdafiəçi sabiq komandasını daim izlədiyini bildirib:
"Lion"a ən yaxşısını arzulayıram. Amma cümə axşamı yox".
Benzia Azərbaycan çempionunun Avropada böyük klublara qarşı mübarizə apardığını vurğulayıb:
"Liqa mərhələsinin püşkatması zamanı televizor qarşısında idim və bizə Fransa təmsilçisinin rəqib olmasını istəyirdim. "Lion"la qarşılaşmaq isə yaxşı oldu. Mən futbolçular Korenten Tolisso, Aleksandr Lyakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm".
Yassin Benzia 2011-2015-ci illər aralığında "Lion"un formasını geyinib. Bu, əlcəzairli futbolçunun peşəkar karyerasında ilk komandası olub.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















