Qarabağın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq".
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.
Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan yığmasının səfərdə İsveçrə 0:6 hesabı ilə uduzduğu Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxıb. Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib. /Report/

Qarabağın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
21 Noyabr 2024 16:46

