Icma.az
close
up
RU
“Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur” İliç

“Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur” İliç

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (2:4) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Azarkeşlərə təşəkkürəm edirəm. Stadionda gözəl atmosfer var idi. “Qarabağ”a uğurlar arzu edirəm. Ümid edirəm, “Napoli” ilə oyunda yaxşı nəticə qazanarlar. Bu gün baxımlı futbol alındı. 6 qol, çoxlu qol imkanları var idi. Azarkeşlər üçün də maraqlı oyun oldu. İlk 10 dəqiqədə oyunumuz bir az alınmadı. Rəqibdən sanki çəkinirdilər. Lakin qoldan sonra toparlandıq və maraqlı oyun göstərdik. İkinci hissəyə yaxşı başladıq. Ancaq Rayan Senhacinin qırmızı vərəqə alması işimizi çətinləşdirdi. “Qarabağ” kimi komandaya qarşı 10 nəfərlə də şanslar yaratdıq.

– Senhacinin qovulması, penaltini vura bilməməyiniz nəticəyə təsir etdi?
– Qırmızı vərəqənin düzgün qərar olduğunu düşünmürəm. Lakin hakim qərarını verib. “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur. Penalti vuranımız Yankoviç idi, amma oyunda olmadığı üçün Ramalinqom topu götürdü.

– Səbuhi Abdullazadə kapitandır və penaltini vurmaq istəyirdi. Amma Ramalinqom buna icazə vermədi. Hansısa tədbir görüləcək?
– Ramalinqomla söhbətim olub. Ancaq onu da başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Amma səhv mənimdir. Gərək penalti vuranları əvvəlcədən müəyyənləşdirək.

– Azı bir xal qazanmaq üçün nə çatmadı?
– “Qarabağ” kimi komandaya qarşı oynayanda müdafiədə səhvlər qaçılmaz olur. Futboldur, imkanlarımız oldu, dəyərləndirə bilmədik.

– “Qarabağ”ı məğlub edən yeganə komandasınız. Bu gün də xal ala bilərdiniz. Onlara qarşı oynamağın yolunu tapmısınız?
– “Qarabağ” Azərbaycanın ən güclü klubudur. Güclərini Avropada da göstərirlər. Müəyyən şanslarımız var idi. Lakin səhvlər də etdik. Xüsusi bir şey yoxdur.

– Ramalinqomu heç bir halda penalti vuran görməyəcəyik?
– Bunu deyə bilmərəm.

– Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?
– Normal oyun idi. Hakimlikdən danışmağı sevmirəm. Lakin mən olsaydım, ikinci sarı vərəqəni verməzdim. Bundan sonra oyun dəyişdi. Komandamdan razıyam. Azlıqda olsaq da, qol vurduq.

– Bu gün sanki ilk dövrədəki qələbə qazanan “Sumqayıt”dan daha yaxşı komanda var idi. Razısınız?
– Nəticə olaraq, ilk oyun yaxşı idi. Amma azarkeşlər üçün bugünkü matç daha baxımlı alındı.  Son ötürmələrdə çatışmazlıqlar oldu. İnanmıram ki, “Qarabağ” bundan sonra hansısa oyunda iki qol buraxa.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Noyabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri