“Qarabağ“ın iki milyon avroluq transferi niyə baş tutmayıb? FOTO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynanın "Polessye" klubu "Qarabağ"ın futbolçusu Aleksey Kaşuku transfer etmək istəyib.
Moderator.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Mixail Spivakovski məlumat yayıb.
Məlumata görə, "Polessye" uzun müddət 26 yaşlı vingerin transferi üzərində çalışıb və onun keçidi üçün "Qarabağ"a təxminən 2 milyon avro ödəməyə hazır olub.
Lakin Kaşuk həmin vaxt Ukraynaya qayıtmaq istəməyib. Futbolçu karyerasını xaricdə davam etdirməyə və avrokuboklarda çıxış etməyə üstünlük verib. Nəticədə tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşmayıb.
Bildirilib ki, Kaşukun "Qarabağ"la müqaviləsinin müddəti başa çatmağa yaxınlaşdığı üçün Azərbaycan çempionu hazırda onun transfer qiymətini əvvəlki təklifdən daha aşağı məbləğdə, təxminən 1-1,2 milyon avro dəyərində qiymətləndirir. Buna görə də ukraynalı futbolçunun "Qarabağ"dan ayrılması hələ də mümkündür. "Polessye"nin isə Kaşuka marağını yenidən göstərə biləcəyi istisna edilmir.
Xatırladaq ki, ukraynalı vingerin Ağdam təmsilçisi "Qarabağ"la qüvvədə olan rəsmi müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 13 Avqust 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















