Icma.az
close
up
RU
Qarabağın Kəşmiri ilə bağlı mühüm qərar Üç ölkə razılaşdı

Qarabağın Kəşmiri ilə bağlı mühüm qərar Üç ölkə razılaşdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında mayın 28-də Laçında baş tutan üçtərəfli konfrans məkan baxımından kifayət qədər önəmlidir. Çünki Azərbaycan konfrans üçün yenicə işğaldan azad edilmiş Qarabağ bölgəsini seçib. Laçın və Kəşmirin yerləşdiyi mövqe bir-birinə bənzəyir, eləcə də, sözügedən münaqişələr arasında oxşarlıqlar var”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında pakistanlı jurnalist və siyasi analitik Malik Ayyub Sumbal bildirib.

Onun sözlərinə görə, üçtərəfli konfrans əslində üç ölkə arasında müdafiə sahəsində siyasi və mədəni əməkdaşlığın yeni başlanğıcıdır:

“Türkiyə, Azərbaycan və Pakistan xalqları arasında da əlaqələr hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq kifayət qədər yaxın və güclüdür. Fikrimcə, xüsusilə bu konfrans kontekstində üç ölkə arasında çox güclü müdafiə əməkdaşlığı qurulur.

Əgər biz buna xüsusilə Qarabağ müharibəsi, daha sonra isə 2025-ci ildə Hindistan və Pakistan arasında baş verən toqquşma kontekstində yanaşsaq, hər üç ölkənin ümumi cəhətləri və bir çox maraqlarının dəyişərək qarşılıqlı xarakter alacağını demək olar. Pakistan və Azərbaycan müdafiə sahəsində sıx əməkdaşlıq edirlər, yaxın günlərdə və ya həftələrdə üçtərəfli müdafiə paktının imzalanacağını görə bilərik. Çünki dünyanın bir çox ölkəsi və xalqları arasında buna bənzər birgə müdafiə paktları var. Deməli, Azərbaycan, Türkiyə və Pakistan arasında da belə bir sazişin imzalanması ilə bağlı hər hansı bir ehtimal var və bu yaxın gələcəkdə mümkün ola bilər”.


Malik Ayyub Sumbal

Analitik bildirib ki, digər tərəfdən, bu, Cənubi Qafqazda qüvvələr balansı üçün də yaxşıdır:

“Çünki görürük ki, Hindistanın Ermənistana münasibəti indi daha qabarıqdır. Dehli İrəvana çoxlu raketlər verib. Hesab edirəm ki, əks tədbirlər görmək və tarazlıq yaratmaq məqsədilə sülhün bərqərar olması və nizam-intizam yaratmaq üçün lazımi strateji, müdafiə tədbirləri nöqteyi-nəzərindən Azərbaycan, Pakistan və Türkiyə arasında çox güclü hərbi əməkdaşlığın qurulması vacibdir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri