“Qarabağ”ın legioneri: “Çempionlar Liqasındakı nağılımız davam edir”
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Çox inanılmaz bir oyun idi. Azarkeşlərin dəstəyi də möhtəşəm oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk deyib.
Yarımmüdafiəçi Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çenpionlar Liqasındakı nağılımız davam edir. Bundan sonra da azarkeşlərimizi daha çox sevindirməyə çalışacağıq".
Ukraynalı legioner öz oyunu haqqında o qədər də danışmaq istəmədiyini söyləyib:
"Ümumiyyələ komandanın son iki matçdakı performansı yüksək səviyyədədir. Biz də məhz bunun üçün çalışırıq. Kollektivdə hər şey alınırsa, bizdə də alınır".
Kaşuk Liqa mərhələsindəki növbəti matçlara da ciddi hazırlaşacaqlarını vurğulayıb:
"Oyundan-oyuna bizdən gözləntilər daha da artır. İlk qələbədən sonra da belə olmuşdu. Məşqçilər heyəti səhvlər barədə bizə məlumat verəcək. Hələ qarşıda çempionat matçımız da var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 02 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















