Icma.az
close
up
RU
“Qarabağ”ın “Liverpul” səfəri öncəsi turu keçmək şansları realdır ŞƏRH EDİLDİ

“Qarabağ”ın “Liverpul” səfəri öncəsi turu keçmək şansları realdır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın UEFA turnirində indiyədək göstərdiyi çıxış ümumilikdə müsbət qiymətləndirilməlidir. Komandanın hazırda 10 xal toplaması və xüsusilə “Ayntraxt Frankfurt” kimi güclü rəqibi evdə 3:2 hesabı ilə məğlub etməsi onun həm nəticə, həm də psixoloji və taktiki baxımdan düzgün yolda olduğunu göstərir". Bu sözləri sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, bu qələbə “Qarabağ”ın Avropa arenasında artıq təsadüfi komanda olmadığını bir daha sübut etdi: "Liverpul” ilə səfər oyunu, şübhəsiz ki, turnirin “Qarabağ” üçün ən çətin qarşılaşmalarından biri olacaq. “Enfild” stadionunda oynamaq hər bir komanda üçün ciddi sınaqdır. Yüksək tempo, güclü pressinq və geniş heyət rotasiyası “Liverpul”un əsas üstünlükləri sayılır. Bu baxımdan “Qarabağ”ın əsas məqsədi oyunun tempini nəzarətdə saxlamaq, müdafiədə kompakt oynamaq və sürətli əks-hücumlar üzərindən təhlükə yaratmaq olmalıdır. “Qarabağ”ın bu mövsüm Avropadakı əsas üstünlüklərindən biri taktiki çeviklikdir. Komanda oyunun gedişinə uyğun olaraq həm topa nəzarət edən, həm də daha ehtiyatlı müdafiə modelinə keçə bilən futbol nümayiş etdirir. “Ayntraxt Frankfurt”la oyunda geri düşsə də, xarakter göstərərək nəticəni öz xeyrinə dəyişməsi futbolçuların psixoloji hazırlığının yüksək səviyyədə olduğunu göstərdi. Bu amil “Liverpul” kimi güclü rəqibə qarşı da həlledici ola bilər. Turu keçmə ehtimallarına gəldikdə, hazırkı 10 xal “Qarabağ”a müəyyən rahatlıq yaradır. Hətta “Liverpul” səfərindən mənfi nəticə ilə qayıdılacağı halda belə, digər qarşılaşmaların nəticələri “Qarabağ”ın xeyrinə formalaşa bilər. Bununla belə, ideal variant komandanın səfərdə ən azı bir xal qazanmağa çalışmasıdır ki, bu da turnir cədvəlində mövqelərini daha da möhkəmləndirər.

“Liverpul”la oyun “Qarabağ” üçün həm ciddi çağırış, həm də böyük fürsət hesab olunmalıdır. Komanda oyun intizamını qoruya bilsə, fərdi səhvləri minimuma endirsə və matçın həlledici anlarında düzgün qərarlar versə, turu keçmək şansları real olaraq qalır. “Qarabağ”ın Avropa səhnəsində indiyədək nümayiş etdirdiyi mübarizə bu ümidlərə əsas yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri