“Qarabağ”ın növbəti hədəfi Cəbrail Makreçkisdir?
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın heyətini yeni futbolçu ilə gücləndirməyə yaxın olduğu iddia olunur.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın “Ferentsvaroş” klubunun cinah müdafiəçisi Cəbrail Makreçkisin transferi ilə bağlı razılıq əldə edib.
İddiaya əsasən, 26 yaşlı futbolçu artıq Bakıya gəlib. Onun tibbi müayinədən keçdikdən sonra “Qarabağ”la müqavilə imzalayacağı bildirilir.
Makreçkis 2023-cü ilin yayından “Ferentsvaroş”un formasını geyinib. O, bu müddətdə komanda ilə iki Macarıstan çempionluğu və bir ölkə kuboku qazanıb, həmçinin UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında çıxış edib.
Latviyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 38 oyunda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Cəbrail Makreçkis Latviya U-19 millisində də 7 oyun keçirib. Onun “Ferentsvaroş”la müqaviləsinin bu yay başa çatdığı qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 İyul 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















