“Qarabağ”ın oyununda dəhşətli bir şey görmədim”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bolqarıstanın ÇSKA klubunun sabiq futbolçusu Georgi Georgiyev açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis Sofiya təmsilçisinin Avropa Liqasında “Qarabağ”la heç-heçə etdiyi oyuna (0:0) toxunub:
“Onlar Bakıdakı oyunlarıyla məni təəccübləndirdi. Çünki çox yaxşı oynadılar. Məncə, cavab matçında da eyni performansı göstərməlidirlər. İlk oyun göstərdi ki, “Qarabağ” o qədər də böyük deyil. Sadəcə mediada yaxşı təbliğ olunurlar. “Qarabağ”ın oyununda dəhşətli bir şey görmədim. Sadəcə 2-3 yaxşı oyunçuları var. Ümumi baxanda, bərabər matç keçdi, bəlkə, ÇSKA daha üstün oynadı. Cavab görüşündə də qələbə qazanmaq lazımdır ki, Avropa yolumuz uzansın”.
“Qarabağ” ilə ÇSKA arasındakı cavab görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək.
Baxış sayı:139
Bu xəbər 27 İyul 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















