“Qarabağ”ın oyununda hava Bakıdakından ikiqat soyuq olacaq
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şimali Makedoniyanın paytaxtı Skopyedə indi hava ideala yaxındı.
Matç start götürəndə havanın hərarəti təxminən 15 dərəcə olacaq. Bu da təbii örtük üçün ən arzulanan hava deməkdi. Bakıda havanın hərarəti 30 dərəcədən artıqdı. Stadionun durumu və hava şəraiti heç bir komandaya problem yaratmayacaq.
“Şkendiya”nın öz stadionu “Ekoloq Arena” olsa da, beynəlxalq standartlara cavab vermədiyi üçün avrokubok oyunlarını paytaxtdakı Toşe Proeski Milli Arenasında keçirir. 34460 yerlik stadionun ağdamlılarla oyunda dolacağı o qədər də inandırıcı görünmür. Məsələn, “Şkendiya”nın TNS ilə oyununu 2589, FCSB ilə oyununu 4440 azarkeş izləyib. Bu axşam da azarkeş sayının 10 min civarında olacağı gözlənilir.
Təbii ki, bizə bütün bu texniki detallar yox, Bakıya qələbə ilə qayıtmaq vacibdi. Bu isə artıq “Qarabağ”ın işidi.
MÜZƏFFƏR QULUZADƏ

