“Qarabağ”ın qapıçısı “Atletik”lə matçda 2 penalti qaytardı Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Qarabağ” U-19 komandası UEFA Gənclər Liqasında “Atletik”lə qarşılaşır.
“Qafqazinfo” xəbər verir ki, hazırda davam edən matçda Ağdam təmsilçisinin qapıçısı Teymur Həsənov iki penalti qaytarıb.
O, əvvəlcə matçın 57-ci dəqiqəsində Peio Huestamendianın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane olub.
70-ci dəqiqədə isə Manex Lozanonun penaltisinin qarşısını alıb. Epizodun davamı qol olsa da, T.Həsənov 2 penalti qaytarmaqla diqqət çəkib.
Qeyd edək ki, Teymur Həsənovun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır.

“Qarabağ”ın “Atletik”lə oyunu xorvatlara tapşırıldı
20 Oktyabr 2025 12:26
“Qarabağ”ın “Atletik”lə matçı üçün hakimlər açıqlandı
20 Oktyabr 2025 12:44
“Qarabağ”ın “Atletik”lə oyununu bu hakim idarə edəcək
20 Oktyabr 2025 13:16
Samir Əliyev Qarabağ ın Atletik lə səfər matçından nə gözləyir?
20 Oktyabr 2025 10:27
“Qarabağ”ın “Atletik”lə oyunu üçün biletlər bu tarixdə satışa çıxarılacaq
07 Oktyabr 2025 13:56

