“Qarabağ”ın qapıçısı milliyə çağırılıb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Ağdamın “Qarabağ” futbol klubunun qapıçısı Martin Zlomişliç Bosniya və Herseqovina millisinin sentyabr və oktyabr aylarında UEFA Millətlər Liqasında keçirəcəyi oyunlar üçün heyətə dəvət alıb.
İdman.Biz xəbər verir ki, Bosniya və Herseqovina millisinin baş məşqçisi Sergey Barbarez 28 yaşlı qapıçını 24 futbolçudan ibarət heyətə daxil edib.
Zlomişliçlə yanaşı, qapıçılar xəttində Avstriyanın “Tirol” klubundan Salıo Hamziç və Səudiyyə Ərəbistanının “Əl-Diriyə” komandasından Nikola Vasiç də yer alıb.
Zlomişliç üçün bu, milli komandaya ilk dəvət deyil. O, Bosniya və Herseqovina millisində debütünü 19 noyabr 2024-cü ildə UEFA Millətlər Liqasının Niderlanda qarşı keçirdiyi oyunda edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bundan sonra qapıçı Malta (4:1) və Şimali Makedoniya (0:0) ilə yoldaşlıq görüşlərində də meydana çıxıb. Ümumilikdə onun Bosniya və Herseqovinanın əsas millisində 3 oyunu var.
Bosniya və Herseqovina millisi Millətlər Liqasına sentyabrın 25-də Varşavada Polşaya qarşı səfər oyunu ilə başlayacaq. Komanda sentyabrın 28-də Buxarestdə Rumıniya ilə qarşılaşacaq. Oktyabrın 2-də və 5-də isə Zeniçada müvafiq olaraq İsveç və Polşanı qəbul edəcək.
Heyətə Bosniya və Herseqovina millisinin əfsanəvi hücumçusu Edin Dzeko da daxil edilib. Lakin 40 yaşlı “Şalke” futbolçusu daha əvvəl oktyabr ayında milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.
Dzekonun sözlərinə görə, yığmadakı son oyunu oktyabrın 2-də Zeniçada İsveçə qarşı keçiriləcək. Bu səbəbdən o, Polşa ilə təkrar qarşılaşmada meydana çıxmayacaq.
Dzeko Bosniya və Herseqovina millisində oyun və qol sayına görə rekordçudur. Onun hesabında 151 oyun və 73 qol var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Sentyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















