“Qarabağ”ın qapıçısı Polşa millisinə dəvət edilməməsindən danışdı
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Bizə bu xallar, qələbə lazım idi. Ona görə də sevinirəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib. O, Azərbaycan Premyer Liqasının VII turunda evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən belə danışıb.
25 yaşlı qolkiper gərgin mübarizə şəraitində keçən görüşü belə dəyərləndirib: “Düşünürəm ki, yaxşı oyun keçdi, çünki əlavə üç xal qazandıq. Bu gün futbolçuların qələbə qazanacaq qədər yaxşı oynamasından məmnunam.”
Koxalski həmçinin Polşa millisinin bu dəfəki toplanışına dəvət olunmamasına münasibət bildirib: “Bu dəfə mən heyətdə deyiləm. Onlar bir yoldaşlıq oyunu və Dünya Çempionatının seçmə matçını oynayacaqlar. Ümid edirəm ki, hər iki oyunda qalib gələcəklər. Komandaya uğurlar arzulayıram və ora dəvət almaq fürsətimi gözləyirəm. Poşa millisinə çağrılmaq üçün çox futbolçu mübarizə aparır. Yəni mübarizə gərgindir. Amma inanıram ki, onlar yaxşı oynayacaq və hər iki oyunu qazanacaqlar”.
Qeyd edək ki, Mateuş Koxalski ötən ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. Koxalski UEFA Çempionlar Liqasında vurulan 15 qolun cavabında 5 top buraxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















