“Qarabağ”ın qapıçısının “Borussiya”ya mümkün transferi sual altına düşdü
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin Dortmund "Borussiya"sına keçidi ilə bağlı ehtimallar zəifləyib. Sport24.az xəbər verir ki, alman klubu ehtiyat qapıçı Aleksander Mayerlə yeni müqavilə imzalayıb və bu, polşalı qolkiperin transfer perspektivlərini xeyli çətinləşdirib.
Dortmund təmsilçisi 34 yaşlı Mayerlə anlaşmanı 2027-ci ilin iyununadək artırıb. Paltardəyişmə otağında yüksək nüfuza sahib olan qapıçı Bundesliqa və 2-ci Bundesliqa klublarından aldığı təkliflərə baxmayaraq, Qreqor Kobelin əvəzedicisi kimi komandada qalmağa üstünlük verib.
Mayerin yeni müqaviləsi və əsas qapıçı Kobelin 2028-ci ilə qədər komandada qalacağı faktı Koxalskinin Almaniya nəhənginə keçid ehtimallarını azaldır. Polşalı qapıçı ilə maraqlandığı iddia edilən alman klubunun ilk addımı atdığı barədə məlumatı "Corriere dello Sport" yayıb.
Bu fonda Koxalskinin Weszlo.com-a verdiyi son açıqlaması da diqqət çəkir:
"Yalnız yaxşı maaş almaq və ehtiyatda oturmaq üçün heç bir kluba getmərəm", – deyə 25 yaşlı qapıçı bildirib.
Koxalski bu mövsüm "Qarabağ"la 15 oyunda 5 dəfə qapısını toxunulmaz saxlayıb. Ağdam klubu Premyer Liqanın lideridir və Çempionlar Liqasının turnir cədvəlində isə 36 komanda arasında 19-cu yerdə qərarlaşıb.
"Qarabağ" rəhbərliyi qapıçını 7 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır. Koxalskinin klubla müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir və əlavə 1 illik uzatma opsiyası mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 06 Dekabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















