“Qarabağ”ın qələbəsi üçün azarkeşlərə mükafat ayrılıb VİDEO
Icma.az bildirir, Mia.az portalına istinadən.
Bu gün UEFA Çempionlar Liqasının mərhələ turu çərçivəsində “Qarabağ” Futbol Klubu (FK) öz meydanında “Kopenhagen” FK-nı qəbul edir.
Mia.az xəbər verir ki, saat 20.45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan oyuna böyük azarkeş coşğusu var: biletlər tam satılıb və oyunu bir neçə ölkənin media orqanı birbaşa yayımlayır.
Oyun ərəfəsində sosial şəbəkələrdə maraqlı hadisələr yaşanıb. Bəzi iş adamları, özəl şirkətlər və müəsssisələr “Qarabağ”ın qələbəsi ilə bağlı izləyicilərinə müraciət edib. Bəziləri hesabın düzgün proqnozu, bəziləri isə sadəcə, qələbə üçün müxtəlif vədlər verib və mükafatlar təsis edib. T.Bəhramov adına stadionun ətrafındakı bəzi restoranlar qələbədən sonra azarkeşlərə pulsuz dönər və su, bəzi taksi şirkətləri yaxın metrolara pulsuz daşınma boynuna götürüb.
Bəzi təkliflər daha maraqlı olub. Məsələn, “Bəy Hotel” bildirib ki, bu gecə “Qarabağ” qələbə qazansa, saat 00.00-dan 09.00-a qədər oteldə ödənişsiz gecələmə təşkil ediləcək. Bu imkandan qeydiyyatdan keçən azarkeşlər faydalanacaq. Aksiyaya 20 otaq ayrılıb. Bir nömrədə 2 nəfər gecələyəcək.
Başqa bir iş adamı qələbə üçün seçmə üsulla səhifəsinin bir nəfər izləyicisinin kartına 50 manat yükləyəcəyini bildirib.
“Jalmid Academy” oyun hesabının doğru yazan 10 izləyicisinə isə SMM kursuna pulsuz qəbul təklif edib.
Zülfiyyə Mustafayeva
Mia.az
Baxış sayı:101
Bu xəbər 01 Oktyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















