Icma.az
close
up
RU
“Qarabağ”ın qələbəsi XARİCİ MƏTBUATDA belə işıqlandırıldı

“Qarabağ”ın qələbəsi XARİCİ MƏTBUATDA belə işıqlandırıldı

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika” üzərində qazandığı tarixi qələbə (3:2) xarici mətbuatda geniş işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, Avropanın bir sıra nüfuzlu aparıcı idman nəşrlərində Azərbaycan çempionunun Lissabonda əldə etdiyi zəfər barədə materiallar dərc olunub.
İspaniyanın “Marca” nəşrində “Qarabağ”ın son dəqiqələrə kimi təslim olmadığı və bunun nəticəsində möhtəşəm geridönüş edərək tarix yazdığı qeyd edilib:
“Bəhlul Mustafazadənin başla vurduğu qol ofsayd səbəbi ilə qeydə alınmasa da, “Da Luş” stadionunda ab-hava artıq dəyişmişdi. Oyuna nəzarət “Qarabağ”ın əlində idi. Bu, sadəcə, qələbə deyil, Azərbaycan futbolunun Çempionlar Liqasındakı yeni tarixi səhifəsidir”.
“Mundo Deportivo” nəşri yazıb ki, “Qarabağ”ın göstərdiyi əzmkarlıq son dəqiqələrdə bəhrəsini verdi:
“Kamilo Duranın ev sahiblərinin qapısına soyuqqanlıqla vurduğu qoldan sonra “Benfika” tamamilə çarəsiz vəziyyətə düşdü. Ağdamlıların ardıcıl qolları lissabonluları tamamilə ruhdan saldı”.
Fransanın nüfuzlu L’Équipe nəşri “Benfika”nın zəif çıxışını təəccüblə vurğulayıb.
Yazıda bildirilib ki, Çempionlar Liqasında böyük təcrübəyə malik Lissabon klubu gözlənilmədən “Qarabağ” qarşısında büdrədi:
“Ağdam təmsilçisi isə 7 ildən sonra Çempionlar Liqasına qayıdışını möhtəşəm qələbə ilə qeyd etdi”.
İngiltərənin “The Athletic” nəşri bu görüşün hər iki komanda üçün unudulmaz qalacağını qeyd edib. BBC isə oyundansonrakı mənzərəni belə təsvir edib:
“Final fitindən sonra “Qarabağ”ın oyunçuları və məşqçilər diz çökərək tarixi qələbəni bayram etdilər. Bu uğur Çempionlar Liqasının salnaməsinə yazıldı”.
 

Portuqaliyanın “Record” portalında vurğulanıb ki, ötən gecə “Benfika”nın 121 illik tarixində doğma meydanda ən azı 2 top fərqi ilə öndə olub, amma uduzduğu nadir anlardan biri yaşandı.


Türkiyə mətbuatında isə “Qarabağ”ın tarixi zəfərinin Avropada geniş rezonans doğurduğu bildirilib. Azərbaycan çempionunun səfərdə möhtəşəm geridönüş edərək, yeni tarix yazdığı “Yeni Şafak” isə matçın nəticəsini gecənin sürprizi adlandırıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Sentyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri