“Qarabağ”ın qərarı bilindi “Sevilya”nın sabiq hücumçusu transfer olunacaqmı?
Icma.az bildirir, Sportal.az portalına istinadən.
“Leyriya”da çıxış edən Xuan Munyoz “Qarabağ”ın formasını geyinə bilməyəcək.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu menecerlər vasitəsilə onlara təklif olunub. Fəqət, yaş məsələsinə görə bu transfer gündəlikdən çıxarılıb.
Belə ki, hazırda Portuqaliya II Liqasında forma geyinən forvardın 29 yaşı var. Qurban Qurbanov bu yaydan etibarən seleksiya işində yenilik edib.
Baş məşqçi daha yaşı 25-26-dan yuxarı əcnəbilərin xidmətinə maraq göstərmir.
Təcrübəli mütəxəssis nisbətən gənclərdən ibarət möhkəm komanda formalaşdırmaq istəyir ki, eyni heyətlə uzun müddət mübarizə aparmaq mümkün olsun.
Xuanın hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdr.
O, 2024-cü ilin iyul ayından "Leyriya"da çıxış edir. “Sevilya”nın yetirməsi “Saraqoza”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqnaes” və “Zaqlembe Lubin”də (Polşa) oynayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 14 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















