Icma.az
close
up
RU
Menu

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Qarabağın quldur dəstələri Ermənistan ordusunun tərkib hissəsi olub

Qarabağın quldur dəstələri Ermənistan ordusunun tərkib hissəsi olub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma kimi cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 13-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyana Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov tərəfindən növbəti suallar verilib.

L.Mnatsakanyan 2015-2018-ci illərdə qondarma rejimin “ordu komandanı”, 2018-2019-cu illərdə “fövqəladə hallar xidmətinin rəisi”, 2019-cu ilin iyunundan 2020-ci il iyunun əvvəlinədək “polis rəisi” işlədiyini, sonra təqaüdə çıxdığını bildirib və əlavə edib: “Vəzifədən” azad olunduqdan sonra mən heç bir ictimai və rəsmi yerdə işləməmişəm, polis təqaüdçüsü olmuşam”. O, “vəzifədən azad olunması”nı Ermənistanın Yerqirabad Könüllülər Birliyinin sədri Sasun Mikayelyanın dediklərinə cavab verməsi ilə əsaslandırıb.

L.Mnatsakanyan “Hansı vəzifəli şəxsin əmri ilə azad olundunuz?” sualına “baş nazirin iştirakı ilə Ermənistan prezidentinin” cavabını verib. Əlavə edib ki, həmin vaxt Ermənistanda baş nazir vəzifəsini Nikol Paşinyan, prezident vəzifəsini isə Armen Sarkisyan tutub.

Təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun “prezidenti” Arayik Harutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib. Belə ki, A.Harutyunyan müharibə zamanı ona ayrı-ayrı vaxtlarda iki dəfə müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli “hakimiyyət orqanları”na kömək etməsini və artilleriyanın vəziyyətini yoxlamasını istəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.

Bundan sonra məhkəmədə L.Mnatsakanyanın da iştirak etdiyi və 44 günlük müharibə dövründə Şuşakənd orta məktəbində hərbçilərin keçirdikləri müşavirənin videoyazısı nümayiş olunub.

Müşavirədə çıxış edən qondarma rejimin 1994-2000-ci illərdə “ordu komandanı” olmuş Samvel Babayan (qondarma rejimin keçmiş “müdafiə naziri”, keçmiş “təhlükəsizlik şurasının katibi” – red.) hərbçilərə tapşırıq verərək, rəqibi Şuşada mühasirəyə almaq üçün hazırlanan hücum əməliyyatının planını izah edir. O, xəritədə konkret yerləri göstərərək orada minalanmış sahənin olduğunu deyir. Bildirir ki, həmin sahəni keçməyin. Samvel Babayan üzünü hərbçilərə tutaraq bildirir ki, Qarabağın taleyi sizin sabahkı fəaliyyətinizdən asılıdır. Kim hansı tapşırığı alırsa, onu da icra etməlidir. Əməliyyat formal deyil və əgər baş tutmasa, Qarabağla vidalaşıb İrəvana getməliyik. Getmək üçün də Azərbaycanın icazə verib-verməyəcəyi bəlli deyil.

Samvel Babayan qeyd edir ki, sürət əsas tapşırıqdır və tez bir zamanda lazım olan mövqelər tutulmalıdır. O, səhər saat 6-da hadisə yerində olmağı, 7-də isə artilleriyanın işə düşəcəyini, hücuma keçəcəklərini söyləyir.

Məhkəmədə Levon Mnatsakanyan həmin müşavirədə iştirakını təsdiqləyərək deyib ki, kadrlar 2020-ci il noyabrın 5-də çəkilib. Müşavirəni Samvel Babayan keçirib. Cavabdeh şəxs də S.Babayan olub. Müşavirədə 3 taborun “komandiri” iştirak edib. L.Mnatsakanyan həmin yerə bir gün əvvəl getdiyini bildirib. Əlavə edib ki, məqsəd 3 taborun gücü ilə hücum edib Çanaqçı, Daşaltı, Şuşa istiqamətlərində yolu bağlamaq olub. Yəni, qüvvələr bölünməli, rəqib bütün təminat növlərindən məhrum edilməli idi. Müşavirə rəhbərinin fikrincə, uğurlu əməliyyat nəticəsində Şuşanı gələcəkdə müdafiə etmək daha asan olacaqdı. Əməliyyat səhər saat 6-da başlamalı idi. Amma rəhbər heyət getdikdən sonra orada qalan komandirlər plandan narazılıqlarını bildirərək, bunun üçün hazır olmadıqlarını və hazırlaşmaq üçün vaxt verilmədiyini bildiriblər.

L.Mnatsakanyan deyib ki, əməliyyat baş tutmayıb. O, müşavirənin iştirakçılarından birinin həmin vaxt ordu tərəfindən Şuşa istiqamətində “məsul şəxs” təyin edilən Artur Harutyunyan olduğunu qeyd edib.

Dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən şəxsin əvvəlki ifadələrinə istinad edərək onun “İskəndər M”, “Smerç”, “Elbrus” və “Toçka U” raketlərinin qondarma rejimin “ordusu”nun arsenalında olmaması barədə fikirlərini xatırladıb. Ardınca həmin raketlərin Azərbaycanın yaşayış məntəqələrinə, mülki infrastruktur obyektlərinə atılması barədə əmrin kim tərəfindən verildiyini soruşub.

L.Mnatsakanyan sualı belə cavablandırıb: “Bu silahlar Ermənistan Respublikasının silahlı qüvvələrində Raket qoşunlarının artilleriya idarəsindədir və onlar idarə edirlər. İndi orada hansı qaydalar var, onu artıq bilmirəm. Ermənistan Respublikasının qanuna görə, Ermənistan Respublikasının Təhlükəsizlik Şurası tərəfindən sənədlər paketi təsdiqlənir”. O, qondarma rejimin silah idxalına dair heç bir dövlətlə müqavilə bağlamadığını da vurğulayaraq deyib: “Mən “ordu komandanı” olduğum dövrlə (2015-2018-ci illərdə - red.) bağlı cavab verim. Heç bir ölkə ilə müqavilə bağlanılmayıb, heç bir silah-sursat idxal edilməyib. Silahları yalnız Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi almışıq”.

Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində döyüşmək üçün Rusiyadan, Livandan, Amerikadan, Fransadan, Suriyadan, Kanadadan, Avstraliyadan, İspaniyadan, Avropanın müxtəlif ölkələrindən erməniəsilli şəxslərin gəldiyini bildirib. O, digər suallara cavab verərkən Aprel döyüşləri zamanı silahlı birləşmələrin ehtiyatda olan dəstələrinin Ağdam və Xaçınçay istiqamətlərinə yerləşdirilməsi ilə bağlı əmrin özü tərəfindən verildiyini deyib.

L.Mnatsakanyan Aprel döyüşləri zamanı şimal və cənub istiqamətlərində artilleriya üzrə cavabdeh olmuş şəxslərin adlarını da açıqlayıb: “Briqada komandiri Qriqori Sahakyan, artilleriya rəisi Gena Baqdasaryan idi”. O, prokurorun suallarını cavablandırarkən 2016-cı ildə Aprel döyüşlərindən bir qədər sonra Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə səfər etdiyini təsdiqləyib və deyib: “Ermənistan Respublikasının prezidenti hər il Qarabağa səfər edirdi və səfər çərçivəsində hərbi hissələrə də gəlirdi. Bu, 2016-cı ildə istisna təşkil etməyib. Yəni, həmin ildə də gəlib, hərbi hissəyə səfər edib”.

L.Mnatsakanyan qondarma rejimin “ordu komandanı” olduğu dövrdə bu səfərlərdə Ermənistan prezidentini müşayiət etdiyini də bildirib. Təqsirləndirilən şəxs Aprel döyüşlərində iştirak edən hərbçilərin bir qisminin təltif olunduğunu da diqqətə çatdırıb. L.Mnatsakanyan minalar basdırılandan sonra tərtib olunan xəritələrlə bağlı sualı da cavablandırıb. O deyib: “Minalanmış sahələrin xəritələri “yuxarı”ya - Ermənistan silahlı qüvvələrinin Mühəndis qoşunları idarəsinə gedirdi. Amma formulyarları dəqiq bilmirəm”.

Ardınca təqsirləndirilən şəxs müdafiəçilərin suallarını cavablandırıb.

Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana suallar verib. Lakin D.Manukyan sualların əksəriyyətini cavablandırmaqdan yayınıb. Təqsirləndirilən şəxs azərbaycanlı əhalinin evlərindən didərgin salınmasında iştirak etmədiyini iddia edib. O, mina basdırılması barədə sualı cavablandırarkən “Biz onları basdırmışdıq ki, ön xətti keçə bilməsinlər” deyib.

Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see234

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see208

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see198

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see195

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see174

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see151

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see139

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see138

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see138

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see136

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see134

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see131

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see130

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see127

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see125

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see124

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see123

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see122

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see122

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri