Icma.az
close
up
RU
“Qarabağ”ın rəqibi İngiltərə Premyer Liqasında oynayan hücumçu ilə güclənmək istəyir

“Qarabağ”ın rəqibi İngiltərə Premyer Liqasında oynayan hücumçu ilə güclənmək istəyir

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı rəqibi olan Frankfurtun “Ayntraxt” klubu İngiltərə Premyer Liqasında çıxış edən futbolçunu heyətinə qatmağa hazırlaşır.

İdman.biz “Sky Sport”a istinadən xəbər verir ki, Almaniya klubu “Nyukasl Yunayted”in 22 yaşlı hücumçusu Uilyam Osolanın transferini yenidən gündəmə gətirib.

Frankfurt təmsilçisi yay transfer pəncərəsinin son günündə danimarkalı forvardı 5 milyon avroya icarəyə götürməyi və gələcəkdə 25 milyon avroya futbolçunun bütün hüquqlarını almaq imkanını təklif etmişdi. Lakin “Nyukasl” bu təklifi rədd edib.

İndi isə “Ayntraxt” yanvarda danışıqları bərpa etmək və hücum xəttini gücləndirmək niyyətindədir. Klubun planında Osola ilə Yonatan Burkardın tandemi əsas rol oynayacaq. Bildirilir ki, Osola artıq şəxsi müqavilənin şərtlərini Frankfurt təmsilçisi ilə razılaşdırıb.

O, 2024-cü ilin yayında “Şeffild Yunayted”dən “Nyukasl”a 11 milyon avroya transfer olunub. Cari mövsümdə bütün turnirlərdə doqquz oyuna çıxan Osola üç qol vurub - bunların ikisi Liqa Kubokunda “Bredford”a, biri isə Premyer Liqada “Liverpul”a qarşı olub.

Ötən həftəsonu “Ayntraxt” “Bavariya”ya 0:3 hesabı ilə uduzub və altı turdan sonra doqquz xalla Bundesliqada yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” qarşılaşması Çempionlar Liqasının qrup mərhələsinin yeddinci turu çərçivəsində 2026-cı il yanvarın 21-də Bakıda keçiriləcək.

İki turdan sonra Frankfurt klubu üç xalla turnir cədvəlində 15-ci yerdədir. “Ayntraxt” ilk turda evdə “Qalatasaray”ı 5:1 hesabı ilə məğlub edib, ikinci turda isə “Atletiko Madrid”ə eyni hesabla uduzub.

“Qarabağ” isə iki oyundan maksimum nəticə ilə altı xal toplayaraq altıncı sıradadır. Ağdam təmsilçisi startda səfərdə “Benfika”ya 2:3 hesabı ilə qalib gəlib, ardınca Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib.

Teymur Tuşiyev

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Oktyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri