Icma.az
close
up
RU
“Qarabağ”ın rəqibləri üz üzə: Avropada maraqlı həftəsonu matçları in TƏQDİMATINDA

“Qarabağ”ın rəqibləri üz üzə: Avropada maraqlı həftəsonu matçları in TƏQDİMATINDA

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropanın aparıcı futbol çempionatlarında bu həftəsonu maraqlı qarşılaşmalar keçiriləcək.

İdman.biz xəbər verir ki, azarkeşlərin diqqəti həm də Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərinə yönələcək.

İngiltərə Premyer Liqası: “Çelsi” – “Liverpul” qarşıdurması

İngiltərə Premyer Liqasının 7-ci turunda “Çelsi” və “Liverpul” qarşılaşacaq. Hər iki komanda əvvəlki turda gözlənilmədən xal itirdiyi üçün bu oyunda itirilmiş mövqelərini bərpa etməyə çalışacaq. “Mançester Yunayted” “Olt Traford”da “Sanderlend”i qəbul edəcək. Turnir cədvəlinə 15 xalla “Liverpul” başçılıq edir.

İspaniya La Liqası: “Real” – “Vilyarreal” oyunu

İspaniyada diqqət “Real Madrid” – “Vilyarreal” qarşılaşmasına yönələcək. Derbidəki 2:5 hesablı məğlubiyyətdən sonra “Real” öz meydanında qalib gələrək uğursuzluğu unutdurmaq istəyir. Lider “Barselona” səfərdə “Sevilya” ilə, “Atletiko” isə “Selta” ilə qarşılaşacaq. “Qarabağ”ın növbəti rəqibi “Atletik” isə evdə “Malyorka” ilə oynayacaq.

İtaliya A Seriyası: “Napoli” liderliyi bərpa edə bilər

“Qarabağ”ın digər rəqibi “Napoli” “Milan”a məğlubiyyətdən sonra bu tur autsayder “Cenoa” ilə qarşılaşacaq. “Milan” isə “Yuventus” səfərinə yollanır.

Almaniya Bundesliqası: “Ayntraxt” – “Bavariya”

Almaniyada “Qarabağ”ın rəqibi “Ayntraxt” evdə “Bavariya”nı qəbul edəcək. Favoritlə oyun Frankfurt təmsilçisi üçün ciddi sınaq olacaq.

Fransa 1-ci Liqası və Türkiyə Superliqası: Liderlik uğrunda mübarizə

Fransada “PSJ” və “Lion” liderliyi bölüşür. “PSJ” səfərdə “Lill”, “Lion” isə evdə “Tuluza” ilə qarşılaşacaq. Türkiyə Superliqasında isə “Qalatasaray” və “Beşiktaş” arasında növbəti İstanbul derbisi keçiriləcək.

“Qarabağ”ın Çempionlar Liqasında məğlub etdiyi komndalar da meydana çıxır

Ağdam klubunun ilk turda 3:2 hesabı ilə məğlub etdiyi “Benfika” Portuqaliya çempionatında lider “Portu” ilə qarşılaşacaq. “Kopenhagen” isə Danimarka çempionatında “Mitjyulland”la oynayacaq.

“Qarabağ” Çempionlar Liqasında iki turdan sonra maksimum 6 xal toplayaraq qrup mərhələsində liderlər sırasında qərarlaşıb.

Teymur Tuşiyev

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri