“Qarabağ”ın sabiq futbolçusu Azərbaycanda oynamaq istəyir
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Azərbaycanda oynamaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə Sport24.az-a qanalı hücumçunun agenti Roy Rajber açıqlama verib.
O, forvardın hazırda komandasız olduğunu xatırladıb:
"Ovusu Kvabenaya bir neçə təklif var idi və tezliklə yeni klubla müqavilə bağlaya bilər. Azərbaycandan heç bir komanda mənimlə əlaqə saxlamayıb, zəng etməyib. Amma futbolçu bu ölkəni çox sevir, geri qayıtmaq və yenidən orada oynamaq istəyərdi".
Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib. Son olaraq icarə əsasında Türkiyə təmsilçisi "Ankaragücü"ndə çıxış edən oyunçunun Macarıstanın "Ferentsvaroş" klubu ilə müqaviləsi yayda başa çatıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Sentyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















