Icma.az
close
up
RU
“Qarabağ”ın sabiq futbolçusu “CSKA Sofia”dakı problemlərdən danışdı

“Qarabağ”ın sabiq futbolçusu “CSKA Sofia”dakı problemlərdən danışdı

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ” ümumilikdə bu mərhələnin aşkar favoritidir”.

Bu sözləri Bolqarıstan millisinin sabiq futbolçusu Simeon Slavçev Avropa Liqasının ikinci təsnifat mərhələsində ölkəsinin “CSKA Sofia” klubunun Bakıda “Qarabağ”a qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.

Vaxtilə “Qarabağ”ın formasını geyinmiş yarımmüdafiəçi keçmiş komandasının daha təcrübəli olduğunu qeyd edib.

“CSKA Sofia”nın həqiqətən yaxşı potensialı var, amma hazırda “Qarabağ” daha təcrübəlidir. Onların artıq formalaşmış oyun üslubu var və məncə, favorit məhz Azərbaycan təmsilçisidir. Düşünürəm ki, “Qarabağ” qalib gələcək. Komandanın çox yaxşı yarımmüdafiə xətti var. Hücum xəttində isə müxtəlif tipli oyunçular yer alırlar. Bu, məşqçinin necə oynamaq istəməsindən asılıdır. Biri çox sürətlidir, digərinin mövqe seçimi yaxşıdır, üçüncüsü isə çox yaxşı hərəkət edir və daim qol vurmaq üçün fürsət axtarır. Sofiya klubuna gəlincə, müdafiə xətti, xüsusən də “dördlü” müdafiə tam formalaşmayıb. Çünki orada yeni oyunçular var və düşünürəm ki, arxa xətdə problemləri mövcuddur. Amma ”CSKA Sofia”nın də güclü tərəfi məhz yarımmüdafiəçiləridir”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Slavçevin sözlərinə görə, hazırda ”CSKA Sofia”da oyunçular, klub rəhbərliyi və baş məşqçi arasında müəyyən problemlər var:

“Məşqçinin işdən çıxarılacağı ilə bağlı şayiələr dolaşır və komandada ciddi gərginlik hiss olunur. Yəni, orada sakit və rahat atmosfer yoxdur”.

32 yaşlı futbolçu hələ də “Qarabağ”ın oyunlarını yaxından izlədiyini bildirib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – ”CSKA Sofia” görüşü saat 20:00-da başlanacaq. Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi “Şerif” (Moldova) - “Makkabi” (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyul 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri