Icma.az
close
up
RU
“Qarabağ”ın son 43 avrokubok oyunundan heç biri qolsuz bitməyib!

“Qarabağ”ın son 43 avrokubok oyunundan heç biri qolsuz bitməyib!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

UEFA-nın rəsmi saytında “Qarabağ” – “Kopenhagen” matçına geniş yer verilib.

Ali futbol qurumunun məqaləsində qeyd edilir ki, “köhlən atlar” Lissabonda “Benfika” üzərindəki qələbədən sonra uğuru davam etdirməyə çalışacaq: “Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda Danimarkanın ən güclü komandası “Kopenhagen”i qəbul edəcək.
Həmçinin bildirilib ki, “Qarabağ” avrokuboklarda başqa Danimarka klubu ilə qarşılaşmayıb, “Kopenhagen” isə Azərbaycanın digər təmsilçilərinə qarşı oynamayıb: “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə vəsiqə qazanıb.
İlk dəfə 2017/18 mövsümündə qrup mərhələsində çıxış etmiş, “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda sonuncu olmuşdu. Azərbaycan çempionu həmin oyunlarda iki xal toplamışdı. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində çıxış edən yeganə Azərbaycan klubudu. Bu, “Qarabağ” üçün avrokuboklarda ardıcıl 12-ci əsas mərhələdi. Ötən mövsüm Avropa Liqasının əsas mərhələsində azərbaycanlılar 8 oyundan 7-də uduzmuş (1 qələbə) və 36-cı yeri tutmuşdu. “Kopenhagen” isə 2023/24 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Ümumilikdə bu, danimarkalılar üçün ən nüfuzlu turnirdə 7-ci qrup mərhələsidi və bu, Danimarka klubları arasında rekord göstəricidi.Ötən mövsüm “Kopenhagen” Konfrans Liqasının 1/8 finalına çıxmış, orda “Çelsi”yə ümumi hesabda 1:3 məğlub olmuşdu. London təmsilçisi sonda turnirin qalibi olub.
Sizi UEFA-nın yaydığı əsas statistika ilə tanış etməzdən əvvəl vurğulayaq ki, hər iki komanda avrokubok mövsümünə 2-ci təsnifat mərhələsindən başlayıb.
- “Qarabağ” bu mövsüm Çempionlar Liqasında 7 oyunun 6-da qalib gəlib (1 məğlubiyyət). 1-ci turda Lissabonda “Benfika”ya qarşı 0:2 hesabından geridönüş edərək qalib gəlib. Bu, klubun turnirin əsas mərhələsində ilk qələbəsi oldu.
- Son 4 Çempionlar Liqası oyununda “köhlən atlar” 13 qol vurub.
- “Qarabağ” avrokuboklarda son 9 ev oyunundan 7-də məğlub olub (2 qələbə).
- “Kopenhagen” əsas mərhələnin ilk oyununda evdə “Bayer-04”lə 2:2 oynayıb. Qolların 3-ü son 10 dəqiqədə vurulub. Danimarka çempionu bu avrokubok mövsümündə məğlub olmayıb (4 qələbə, 3 heç-heçə) və 5 oyunda qapısını toxunulmaz saxlayıb.
- “Kopenhagen” Çempionlar Liqasının əsas mərhələsində son 4 oyunda məğlub olmayıb (2 qələbə, 2 heç-heçə).
- Çempionlar Liqasının əsas mərhələsində son 20 səfər oyununda “Kopenhagen” yalnız 2 dəfə qələbə qazanıb (4 heç-heçə, 14 məğlubiyyət).
- “Qarabağ”ın avrokuboklardakı son 43 oyunundan heç biri qolsuz bitməyib. Sonuncu belə oyun Avropa Liqasının 2022/23 mövsümünün qrup mərhələsinə aiddi: “Qarabağ” – “Olimpiakos” 0:0.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri