Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Qarabağın susqun salnaməsi KURQANLAR

Qarabağın susqun salnaməsi KURQANLAR

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Əkbər QOŞALI

2021-ci ilin bu vaxtları olardı - tanınmış ictimai xadim Vüqar Tofiqli Milli Məclisin Mədəniyyət Komitəsinin o vaxtkı sədri Qənirə Paşayeva ilə taleyüklü bir mövzuda görüş üçün müraciət etmişdi; tezliklə keçirilən görüşdə mən də iştirak edirdim və mövzu Sultanbud kurqanı öndə olmaqla, Ağdam Çörək Muzeyi və digər mədəni irs abidələrinin taleyi ilə bağlı idi. Qısa kəsim, görüşdən həmən sonra məktub yazıldı, Komitə sədrinin imzası ilə aidiyyatı qurumlara göndərildi. AMEA-nın müvafiq institutu adından gələn rəyi yaxşı xatırlayıram - akademik səviyyədə təsdiq olunmuşdu ki, sözügedən kurqan nəinki Qarabağda, nəinki Azərbaycanda, bütövlükdə Güney Qafqazda ən qədim kurqandır və qorunması elmi olduğu qədər də milli məzmun daşıyır. Çün, İslam dini abidələrinin yaşı bəlli tarixə dayanır; xristian dini abidələri isə əslsiz olsa belə, hələ də ermənilərin iddiasına məruz qalır; kurqanlara gəldikdə, onlar sözü (adı), özü bizim ulu dədələrə aid olub, hər hansı erməni-merməni iddiasına ayaq yeri tanımır.
Şükürlər olsun, sonra Dövlət Baba məsələyə əl qoydu və Sultanbud kurqanı çevrəsində gərginlik aradan qaldırıldı. Bir neçə həftə öncə isə Millət vəkili Prof.Dr. Hikmət Babaoğlu Məclisdə kurqanlarla bağlı diqqətəlayiq çıxış elədi - çox sağ olsun.
Bizim bu yazıda kurqanlarımıza üz tutmağımızın heç də havadan olmadığını bildirməkçün belə bir bilgiləndirici giriş yetərli olar deyə düşünürəm.
Bəli,
Azərbaycanın işğaldan azad edilmiş əraziləri, özəlliklə də Ağdam eli, təkcə çağdaş tariximizin deyil, həm də qədim dönəmlərin izlərini daşıyan zəngin arxeoloji abidələrlə doludur. Bu abidələr arasında kurqanlar – qədim türksoylu sak və skif (toxar/tur) boy, qol və ya tirələrinin mədəniyyətini əks etdirən (necə deyərlər) yaral torpaq yığınları – özəl yer tutur.

Tarixin səssiz tanıqları deyə biləcəyimiz, Qarabağda yerləşən bir sıra kurqanları xatırlayaq:
-Sultanbud (Soltanpud), Əfətli, Alıbəyli, Küllütəpə, Hindarx kurqanları və b.

Pazırıq kurqanları ilə Bərdə-Əfətli kurqanlarının ümumi cəhətləri etno-mədəni mənsubiyyətlə bağlı olub, sak-skif-türk kimliyi daşıyır.

Dünyanın ən qədim xalçası – Pazırıq xalçası Bərdədə toxunmuş və Altaya aparıldığı yaxud göndərildiyi ehtimal edilən xalçalardandır.

Pazırıq xalçası və Bərdə sənətkarlığı arasındakı bağlantılara diqqət edəlim.
-Rəng kodları və ornamentika:
Pazırıq xalçasında istifadə olunan simvol və naxışlar Azərbaycan xalçaçılığında – özəlliklə Bərdə-Qarabağ məktəbində rast gəlinən motivlərlə üst-üstə düşür - qoçbuynuzu, göyərçin qanadı, səkkizguşəli ulduz və s.
-Texnika və ipək tərkibi:
Pazırıq xalçasının düyün sıxlığı və toxunma texnikası Azərbaycan xalçaçılığının yüksək səviyyəli örnəkləri ilə eynidir.
-Tarixi ipucları:
Bəzi rus, türk və Avropa araşdırmaçıları Pazırıq xalçasının Güney Qafqazdan – Bərdə və ya Təbriz-Şuşa xəttindən gətirildiyini ehtimal edir. Bu isə həm ticarət, həm də kültür daşıyıcılığı anlamında önəmli olaydır.

Belə demək qüsur sayılmazsa, soruşaq - bəs kurqanlararası mədəni axın haqqında nə deyə bilərik?
Kurqanlar – bir mədəniyyətin yalnız dəfn ayinlərini deyil, həm də yaşayış tərzini, sənətkarlığını və inanc sistemini özündə əks etdirən kompleks abidələrdir. Əgər Bərdədən Altaylara xalçanın aparılması baş veribsə, bu, iki mədəniyyət bölgəsi arasında etnosentrik və ticari bağların olduğu anlamına gəlir.

Bu bağlantılar həm də “Böyük Avrasiya mədəniyyət körpüsü” modelini dəstəkləyir – Altay, Türküstan, Qarabağ, Naxçıvan və Urmiya hövzəsi boyunca uzanan qədim türk mədəni arealının arxeoloji sübutudur.

Bəs yeni ipuçları olaraq, önəri olaraq hansı vurğular, toxunuşlar edə bilərik?
-Xalça liflərinin DNT analizləri ilə məkan təyini;
-Boya komponentlərinin kimyəvi müqayisəsi – eyni boya növləri (şəbb, çörəkotu, nar qabığı və s.) Pazırıq və Qarabağ xalçalarında varsa, mədəni körpü təsdiqlənə bilər;
-Arxeoloji topoqrafik xəritə:
Qarabağdan Altaya doğru qədim yolların və kurqanların yerləşdiyi marşrutun xronoloji rekonstruksiyası.

Ağdam, ümumən Qarabağ ərazisindəki kurqanların Altay və Türküstan kurqanları ilə müqayisəli təhlili, Azərbaycanın qədim Avrasiya mədəniyyətində aparıcı rol oynamış bir mərkəz olduğunu sübut edən elmi əsaslar yaradır. Pazırıq xalçasının “Azərbaycanlı izləri” bu mənzərəni daha da zənginləşdirir.

Kurqanların tarixi və mədəni önəmi

Kurqanlar, qədim sak və skif boylarının dəfn gələnəklərini və mədəniyyətlərini əks etdirən önəmli arxeoloji abidələrdir. Bu kurqanlar, e.ö. I-V minilliklərin tunc və dəmir dönəmlərinə aiddir. Onların araşdırılması Azərbaycanın qədim tarixinin və etnogenezinin öyrənilməsi baxımından böyük önəm daşıyır. 

Örnəyi, Əfətli kəndindəki kurqanda aparılan qazıntılar zamanı qədim insanlara xas məişət küplərində taxıl qalıqları aşkar edilib (dünyada yeganə qədim buğda dənəsi, daşlaşmış formada Ağdamda, Boyəhmədli kəndində tapılıb) və bu tapıntılar əsasında Ağdamın qədim od dəyirmanında “Çörək Muzeyi” yaradılmışdı - insanlıqdan, mədəniyyətdən nəsibini almamış, çörəyi dizinin üstdə olanların işğal illərində dağıtdığı muzeyi deyirəm... 

Qorunma və araşdırma zərurəti

Təəssüf ki, bu kurqanlar - o cümlədən dövlət qeydiyyatında olan bəzi kurqanlar (erməni işğalı yaxud bolşevik işğalı sonucunda) zaman-zaman dağıntılara məruz qalmış, bəziləri isə tamamilə məhv edilmişdir.
Hazırda qeydiyyatda olan kurqanların bəzisi artıq sıradan çıxmışdır…
Bu səbəbdən, kurqanların qorunması və araşdırılması üçün müəyyən tədbirlərin görülməsi vacibdir. -
1. Kurqanların elmi əsaslarla tədqiqi və sənədləşdirilməsi üçün arxeoloq və etnoqrafların qatılımı ilə genişmiqyaslı qazıntı işləri aparıla bilər;
2. Mövcud kurqanların qorunması üçün müvafiq hüquqi və fiziki tədbirlər görülə, onların çevrəsində qoruq zonaları yaradıla bilər;
3. Kurqanların tarixi önəmi barədə ictimaiyyətin bilgiləndirilməsi və bu abidələrin turizm marşrutlarına daxil edilməsi mümkündür.

Beləliklə,
Ağdam və çevrə ərazilərdə yerləşən kurqanlar, Azərbaycanın qədim tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından əvəzsiz qaynaqlardır. Bu abidələrin qorunması və araşdıtılması, milli kimliyimizin, tariximizin daha dərindən anlaşılmasına xidmət edəcəkdir. 

Kurqanların hər birinin dəqiq koordinatları və araşdırma sonucları ilə bağlı bilgilərin toplanması, ictimaiyyətə təqdim edilməsi, onların önəminin daha geniş auditoriyaya çatdırılmasına kömək edəcəkdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri