“Qarabağ”ın “Turan Tovuz”la bağlı kompleksinin olduğunu düşünmürəm” Arif Əsədov
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yığmaların beynəlxalq yoldaşlıq görüşlərinə görə Misli premyer-liqasında yaranan ikihəftəlik fasiləyə sabah yekun vurulacaq.
28-ci tur “Turan Tovuz” - “Qarabağ” matçı ilə start götürəcək. Ağdam təmsilçisinin cari mövsümdə məğlub edə bilmədiyi yeganə komanda məhz “Turan Tovuz”du. Bu komandaların cari mövsümdəki duellərində iki dəfə qərb təmsilçisi qələbə qazanıb, bir dəfə də heç-heçə qeydə alınıb. Sabah ağdamlılarla tovuzlular cari mövsümdə sonuncu dəfə qarşılaşacaq.
Doğurdanmı, “Qarabağ”ın “Turan Tovuz” kompleksi var? Yoxsa məhz “Qarabağ”la oyun Kurban Berdıyev üçün prinsip məsələsinə çevrilib, o, ölkənin ən güclü məşqçisi Qurban Qurbanova uduzmaq istəmir ? Bu sualları təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq:
“Qarabağ”ın “Turan Tovuz”la bağlı kompleksinin olduğunu düşünmürəm. Futbolda qalib gəlmək və məğlub olmaq var. Sadəcə, oyunlarda baş verən proseslərdi. Sabah “Turan Tovuz” “Qarabağ”ı qəbul edəcək. “Qarabağ” üç dəfə qalib gələ bilməyib. Çempion qələbə üçün əlindən gələni edəcək. Meydanda prinsipiallıq artacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Mart 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















