Qarabağin turizm rekreasiya potensiali” kitabi nəşr edilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Qarabağın turizm-rekreasiya potensialı” adlı yeni nəşri Azərbaycan və rus dilində dərc edilib.
İnstitutun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, monoqrafiyanın müəllifləri İnstitutun icraçı direktoru dosent Zaur İmrani və aparıcı elmi işçisi, c.ü.f.d. Kəmalə Zeynalovadır.
Monoqrafiya Qarabağın turizm-rekreasiya potensialının (təbii və tarixi-mədəniyyət abidələri timsalında) öyrənilməsinə, onların ərazi daxilində yayılmasına və istifadə imkanlarının müəyyən olunmasına həsr edilib. Kitabda turizm-rekreasiya ehtiyatlarının istifadəsi zamanı yaranan və yarana bilən problemlər araşdırılıb, onların aradan qaldırılması yolları müəyyən edilib.
Coğrafiyaçılar, iqtisadçilar, turizm sahəsində çalışanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan monoqrafiya Qarabağın inkişafında, turistlərin regiona cəlb olunmasında, turizm infrastrukturunun genişləndirilməsində, yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında və s. istifadə edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















