“Qarabağ”ın yarımmüdafiəçisi: “Biz tarixi nəticə əldə etdik və pley offa çıxdıq”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Qarabağ”ın yarımmüdafiəçisi Kevin Medina turnirin sonuncu, səkkizinci turunda “Liverpul”a məğlub olduqdan sonra komandanın UEFA Çempionlar Liqası mərhələsindəki çıxışını şərh edib.
İdman.Biz-in İctimai Televiziyaya (İTV) istinadən verdiyi məlumata görə, oyunçu İngiltərədəki matçın nəticəsini artıq dəyişdirmək mümkün olmadığını, lakin ümumilikdə komandanın bu mərhələni ləyaqətlə başa vurduğunu qeyd edib.
“Təəssüf ki, nəticə artıq müəyyənləşib və bununla bağlı heç nə etmək mümkün deyil. Ümumilikdə, bu mərhələdə çox güclü rəqiblərlə oynadıq. Bütün komandalar pley-off yeri uğrunda mübarizə aparırdı. Allaha şükür ki, yaxşı oyunlarımız oldu. Kifayət qədər xal qazandıq, tarixi nəticə əldə etdik və pley-offa yüksəldik” - Medina bildirib.
Oyunçu həmçinin pley-offdakı potensial rəqiblər barədə də fikirlərini bildirib:
“Həm Nyukasl, həm də PSJ çox yüksək səviyyəli komandalardır. Onların dünya futbolunda öz üslubu və tarixi var. Rəqiblərimiz haqqında püşkatmadan sonra daha konkret danışa biləcəyik”.
Medina Çempionlar Liqasında iştirakla bağlı təəssüratlarını da bölüşüb.
“Dünyada elə bir futbolçu yoxdur ki, bu möhtəşəm turnirdə oynamağı xəyal etməsin. Biz də Çempionlar Liqasında möhtəşəm komanda olan “Qarabağ”la oynamağı xəyal edirdik. Hər oyundan zövq aldım və hər bir oyunda ən yüksək səviyyədə çıxış etməyə çalışdım” - Ağdam klubunun oyunçusu əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 29 Yanvar 2026 03:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















