Icma.az
close
up
RU
“Qarabağ”ın yüksəliş yolu

“Qarabağ”ın yüksəliş yolu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

O gecə isə Nərimanın qolu stadionu lərzəyə gətirmişdi

Ağdamın “Qarabağ” komandasının hücumçusu Nəriman Axundzadənin 2024-cü il fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Portuqaliyanın “Braqa” klubunun qapısına vurduğu qolun Azərbaycanda necə böyük toy-bayrama çevrildiyi xatirələrdə hələ təzədir. Hamının ürəyindən olan və ölkəmizi səkkizdəbir finala yüksəldən qola Masallı şəhər 11 illik İncəsənət məktəbinin 2-ci sinif şagirdi Zəhra Əsgərli də biganə qalmamış və ona öz töhfəsini bacarıqla ərsəyə gətirdiyi nəcib bir əl işi ilə vermişdi.

“Xalq qəzeti” də, öz növbəsində, hərdən stadionu xatırladıb, lap yarışlardakı kimi, yazılarımızın kəskin rəqabət meydanına çevrilən “Son səhifə”sində həmin füsunkar tabloya və onu müşayiət edən “Nərimanın tarixi qolu” və Zəhranın “Qarabağ” sevgisi” sərlövhəli qeydlərlə zirək Nərimana, gözəl Zəhraya minnətdarlıq ifadəsi kimi səxavətlə yer ayırmışdı.

Biz bu yaxınlarda, noyabrın 25-də elə həmin stadionda Avroliqadan da yüksək səviyyəli Çempionlar Liqası turnirinin əsas mərhələsinin 6-cı turu çərçivəsində keçirilmiş “Qarabağ”–“Ayaks” (Niderland) görüşünün də şahidləriyik. Olduqca vacib, hamımızın, ən azı, heç-heçə gözlədiyimiz qarşılaşmada Amsterdamdan şəhərimizə 5 məğlubiyyətlə, 36 komanda arasında 36-cı yerlə gələn rəqibə 2:1 hesabı ilə irəli çıxdığımız oyunun yekununda uduzub (2:4), son 11 dəqiqədə –79, 83 və 90-da qapımıza vurulan 3 qolun təsiri ilə soyuq və yağışlı havada ikiqat üşüdük.

Oyunun gedişində hesabda əldə edilən üstünlüyün itirilməsi, hətta 1 xal belə qazanılmaması, təbii ki, bütün azarkeşləri əməlli-başlı pərt etdi, komanda tənqidlərə məruz qaldı. Çox təəssüf ki, təhqirlər də söylənildi. Oyunun yalnız son yarım saatında meydanda olan Nərimana da çox irad tutuldu. Söz yox, tənqid də futbolun bir hissəsidir. Hər hansı komanda uduzanda, xüsusən də qələbəyə yaxın olduğu oyunda, tənqiddən qaça bilmir.

Amma burası da var ki, futbol aləminin min dəfələrlə şahidi olduğu kimi, hətta Dünya çempionatlarında belə, gözlənilməz qələbə və məğlubiyyətlər az olmur. Məşqçilərin matçın gedişində heyətdə etdikləri dəyişikliklər heç də həmişə özünü doğrultmur, əvəzedicilər qısa vaxt ərzində özlərini göstərə bilmirlər. Ancaq buna görə hirslə, qəzəblə ayrı-ayrı futbolçuları top-tüfəngə tutmaq nə dərəcədə düzgündür?!

Belə etməkdənsə, sağlam, xoşməramlı tənqidə üstünlük vermək, bu zaman Nərimanın “Braqa” ilə görüşdə aləmə səs salan 120+2 dəqiqə qolu ilə Azərbaycan futbolunu tarixdə ilk dəfə avrokuboklar meydanında səkkizdəbir finala çıxardığını xatırlamaq da yerinə düşməzmi?! Yoxsa bir uğursuz oyun onun “Qarabağ”ın buraya qədər gəlib çıxmasında bütün xidmətlərinin üstündən qalın xətt çəkib?

Azərbaycan futbolunda ən yaxşı məşqçi kimi komandası ilə birlikdə tarix yazan Qurban Qurbanov Avropanı heyrətə gətirən, hazırda qitənin ən güclü klublarının mübarizəsində finişə 2-cə tur qalmış pley-offun qapısını açmaq şansını özündə saxlayan, “Benfika” və “Kopenhagen”i udan, “Çelsi”ni heç-heçəyə razılaşmağa məcbur edən sayılıb-seçilən bir komanda yarada bilibsə, deməli, alqışa layiq yol keçilib.

Futbol bir də ona görə idmanın şahı, milyonların sevimli oyunu hesab edilir ki, təsəvvürolunmaz gözəlliyi və nüfuzu ilə yanaşı, ağlasığmaz qollar, penaltilər, qələbə və məğlubiyyətlər, hakim səhvləri ilə dolu mübarizə meydanıdır. İndi “Qarabağ” beynəlxalq yarışlarda oynayanda təkcə Azərbaycandakı azarkeşləri deyil, xarici ölkələrdə də futbol pərəstişkarları bilirlər ki, maraqlı, məzmunlu mübarizənin şahidi olacaqlar. Tribunalarda tamaşaçılar belə komandalara biganə qalmır, oyunu həyəcanla izləməkdən zövq alırlar.

“Ayaks”la görüşdən sonra rinqdə ağır zərbə alıb, nokauta düşən boksçular kimi, dərin sarsıntı keçirdiyimiz günlərdə 63 il əvvələ təsadüf etmiş bir oyun yadıma düşdü. 1962-ci ildə Çilidə 7-ci Dünya çempionatında SSRİ komandası qrup mərhələsində Kolumbiya millisinə qarşı görüşdə 4:1 hesabı ilə irəlidə olsa da, hakimin final işarəsinə az qalmış rəqib Lev Yaşinin qoruduğu qapıya 3 top vurmuş və tərəflər meydanı 4:4 hesablı heç-heçə ilə tərk etmişdilər. İndi yaddaşımı yoxlamaq üçün araşdırma apardım. Zənnim məni aldatmayıb. Hətta bir qədər əlavə məlumat da aldım.

Deməli, Arika şəhərində 1-ci qrup komandalarının yarışında Yuqoslaviya və Uruqvaya müvafiq surətdə 2:0 və 2:1 hesabı ilə qalib gələn sovet futbolçuları Kolumbiya ilə oyunda heç-heçə ilə kifayətlənmişlər. Hərçənd belə gurultulu başlanğıcdan sonra heç kimin ağlına gələ bilməzdi ki, 8-11-ci dəqiqələrdə, yəni 3-4 dəqiqə ərzində o uzaq illərdə Bakıda “Neftçi” ilə oyunlarda çox gördüyümüz Valentin İvanovun 2 dəqiq sərbəsindən, eləcə də, İqor Çislenkonun 1 qolundan sonra 3 dəfə məyus olan kolumbiyalılar 18 dəqiqə ərzində (68, 72 və 86) Lev Yaşini də 3 dəfə topu tordan çıxarmağa məcbur edəcəklər. Həmin oyunda daha iki qoldan birini 56-cı dəqiqədə Viktor Ponedelnik vurmuş, 21-ci dəqiqədə isə rəqib komanda fərqlənmişdir.

Beləliklə də Kolumbiya 1956-cı ilin olimpiya çempionu, 1960-cı ildə Avropa çempionatının qızıl medalçısı Yaşinə çətin anlar yaşatmışdır. Qrupda cəmi 1 xalla sonuncu pillədə qalan komanda liderlə (5 xal) mübarizədən heç-heçə ilə ayrılmışdır. Çili mundialından təxminən 40 il sonra isə Beynəlxalq Futbol Federasiyası (FİFA) Lev İvanoviç Yaşini XX əsrdə dünyanın ən yaxşı qapıçısı elan edəcəkdi.

Bu arada 2026-cı il yanvarın 21-nə, Almaniyanın Frankfurt şəhərinin “Ayntraxt” klubu ilə oyunumuza getdikcə yaxınlaşırıq. Vəziyyət ümidsiz deyil. Şansımız da var, qətiyyətli istəyimiz də. Bəlkə də son iki görüşdən birində öz stadionumuzda Almaniya təmsilçisi və ya 28 yanvarda futbolun vətəni İngiltərədə “Liverpul” üzərində qələbə pley-offa vəsiqəni Azərbaycan çempionuna təmin edər.

Çalışqan və əzmkar “Qarabağ” kollektivinə qarşıdan gələn Yeni il münasibətilə təbriklərimizi və ən xoş arzularımızı da elə bu istəklə çatdıraq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri