Qarabağla bağlı yeni separatçı proje Ermənistanda “keçid hökuməti” qururlar
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
Ləğv edilmiş separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Samvel Babayan İrəvanda “keçid hökuməti” qurmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
Erməni nəşri bildirir ki, Babayan bu separatçı layihəsini yaz aylarında həyata keçirmək niyyətindədir.
Məlumatda deyilir ki, qondarma qurum “Artsaxın Nümayəndələr Palatası” adlandırılacaq.
Xatırladaq ki, işğal dövründə Qarabağda separatçı və digər cinayət fəaliyyətlərində aktiv iştirak etmiş Samvel Babayan 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun bir günlük antiterror tədbirləri zamanı Ermənistana qaçmışdı. Separatçı Ermənistan hakimiyyətinə yaxınlığı ilə ad çıxarıb. Ermənistana qaçmış digər separatçı-terrorçu ünsürlər onun Baş nazir Nikol Paşinyanla koordinasiyalı hərəkət etdiyini iddia edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Yanvar 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















