“Qarabağ”la oyun azarkeşsiz oynanacaq UEFA dan “Ayntraxt”a qadağa və cərimə
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA-nın Nizam-İntizam Komitəsi “Ayntraxt Frankfurt”un Çempionlar Liqasının səfər oyununu azarkeşsiz keçirməsinə qərar verib.
Bakupost.az Almaniya mediasına istinadən xəbər verir ki, bu qərar dekabrın 9-da “Barcelona” ilə oyun zamanı fanatların yandırıcı vasitələrdən istifadə etməsi, meydana əşyaların atılması və stadiona ziyan vurması ilə əlaqədar tətbiq olunub.
Qərara əsasən, “Ayntraxt” yanvarın 21-də Bakıda Tofiq Bəhramov stadionunda “Qarabağ”la keçiriləcək səfər qarşılaşmasında alman azarkeşlər stadiona buraxılmayacaq. Qərar verilərkən klub azarkeşlərinin əvvəlki davranışları da nəzərə alınıb. Bu Almaniya klubu barədə verilən üçüncü qərardır. Klub Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi daha iki oyunda azarkeş dəstəyindən məhrum olmuşdu.
Almaniya klubuna 38 000 avro cərimə kəsən UEFA fanatların səfər zamanı törətdiyi ziyanın ödənilməsini də tələb edib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Qarabağ”la oyunda “Ayntraxt”a UEFA dan QADAĞA
18 Dekabr 2025 14:32
“Ayntraxt” “Qarabağ”la oyunda azarkeşsiz qalacaq UEFA qadağa qoydu
18 Dekabr 2025 13:51
UEFA dan “Qarabağ”a qarşı ədalətsiz qərar “Ayntraxt”la oyun...
22 Yanvar 2026 11:48
“Ayntraxt” Qarabağ la matça azarkeşsiz çıxacaq cəzalandırıldı
21 Yanvar 2026 11:16
UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır
21 Yanvar 2026 08:15
Baxış sayı:83
Bu xəbər 18 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















