Icma.az
close
up
RU
“Qarabağ”la oyun öncəsi “Liverpul”a nə olub?

“Qarabağ”la oyun öncəsi “Liverpul”a nə olub?

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”la oyun öncəsi “Liverpul”a nə olub?

“Qarabağ”ın UEFA Çempionlar Liqasında 8-ci turunda rəqibi olan “Liverpul”da işlər yolunda getmir. Komanda İngiltərə Premyer Liqasında dörd ardıcıl heç-heçədən sonra dünən “Bornmut”la matçda da ağır zərbə alıb: səfər oyununda 90+5-ci dəqiqədə buraxdığı qolla 2:3 hesabı ilə uduzub. 

Beləliklə, onlar düz 5 oyundur Premyer Liqada qələbə qazana bilmirlər.

QOL.az İngiltərə mediasına istinafən xəbər verir ki, Liverpul”un baş məşqçisi Arne Slot "Bornmut”a qarşı məğlubiyyətin səbəblərindən danışarkən əsas problemin sıx oyun qrafiki olduğunu bildirib.

Görüşdə “Liverpul” 0:2 hesabı ilə geridə qalsa da, Vircil van Deyk və Dominik Soboslayın qolları sayəsində hesabı bərabərləşdirib. Lakin matçın sonlarında Amin Adlinin fərqlənməsi “Bornmut”a qələbə qazandırıb.

Arne Slot oyundan sonra futbolçularını günahlandırmayıb və məğlubiyyəti yorğunluqla əlaqələndirib:

“Aydın idi ki, bəzi futbolçularımızın enerjisi tükənmişdi. Buna görə onları tənqid də edə bilmərəm. Çünki iki gün əvvəl Avropada səfər oyunu keçirmişdik. Bu müddətdə Çempionlar Liqasında oynayıb, oyunlar arasında cəmi iki günü olan yeganə komandayıq.

Səfər oyunundan sonra yenidən səfərdə liqanın ən intensiv komandalarından birinə qarşı oynadıq. Əsasən eyni futbolçuları meydana buraxıram, çünki hazırda əlimizdə olan oyunçular bunlardır”. 

Niderlandlı mütəxəssis həmçinin deyib: “Nəticə, təbii ki, məyusedicidir, çünki qol buraxmaq xoş deyil, xüsusilə də oyuna qayıtmaq üçün artıq vaxt qalmayanda. Ədalət naminə qeyd etmək lazımdır ki, rəqibimiz hesabı 3:2-yə daha əvvəl də çatdıra bilərdi”.

Hazırda “Liverpul” Premyer Liqada 23 oyunda 36 xalla 4-cü yeri tutur. Mersisaydlılar lider “Arsenal”dan 14 xal geri qalır, ən yaxın izləyiciləri “Mançester Yunayted”i isə 1 xal qabaqlayır. Lakin bu iki komanda “Liverpul”dan 1 oyun az keçirib.

Xatırlatma

“Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlayacaq. 

Bu oyun hər iki komanda üçün əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Yanvar 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri